"Elçibəyin sevgilisi Tamara mən deyiləm", Azərbaycanda yaşamış gürcü əsilli antropoloq

Tamara Dragadze

"Öz gözlərimlə" verilişinin ilk qonağı gürcü əsilli Britaniyalı antropoloq Dr Tamara Dragadzedir.

O, 1980-ci illərin sonu, 1990-cı illərin əvvəli Azərbaycanda olarkən ölkəni sarsıdan hadisələrin şahidi olduğunu xatırlayır.

Vüsal Həmzəyevə danışan Dr Dragadze 1992-ci ildə Margaret Thatcher-in Bakıya səfərindən əvvəl Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəylə görüşünü yada salır və növbəti il ​​hökumətin necə devrilməsindən danışır.

Azərbaycanla bağlı yaddaqalan, vacib hadisələrin şahidləri və ya iştirakçıları öz xatirələrini BBC News Azərbaycancanın yeni layihəsi olan "Öz gözlərimlə" verilişində bölüşəcəklər.