Bakıda etirazlar: "Balası günahsız yerə öldürülmüş insanların hüququnu heç kəs qorumur"
Video açılmırsa YouTube-dan izləyin.
Azərbaycanda insan haqları pozuntularının monitorinqini aparan Müdafiə Xətti İnsan Haqları Təşkilatı Məhkəmə Hüquq Şurasının qarşısında keçirdiyi aksiyada məhkəmələrdə ədalətsiz qərar verildiyini iddia ediblər.
Onlar tələb edirlər ki, açıq məhkəmələrə hüquq müdafiəçiləri, jurnalistlər buraxılsın.
Aksiyada mətbuatda "Tərtər işi", "Gəncə işi" kimi tanınan cinayət işləri ilə bağlı həbs edilmiş məhbuslarının valideynləri, Bakıda Sovetski adlanan ərazidə evləri sökülən sakinlər iştirak edib.
Polis aksiyaya müdaxilə etməyib.
Məhkəmə Hüquq Şurasından aksiyada səslənənən itihamlara cavab verilməyb.
Amma Şura bundan əvvəlki açıqlamalarında bildirib ki, məhkəmə islahatları davam edir və «məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» dövlət başçısının 3 il əvvəl verdiyi fərmana uyğun olaraq ədalət mühakiməsinin təkmilləşdirilməsi işi müasir çağırışlara uyğunlaşdırılır.
Videonu BBC üçün jurnalist Əminə Məmmədova çəkib.









