Moskva: müxalifət nümayişində kütləvi həbslər - şəkillər

Polis etirazçını saxlayır

Şəklin mənbəyi, Kirill KUDRYAVTSEV / AFP

Moskvada bələdiyyə seçkilərində bəzi müxalif namizədlərin qeydiyyata alınmamasına qarşı keçirilən etiraz aksiyasında 700-ə yaxın insan saxlanılıb, hüquq müdafiəçiləri bildirir.

Polisin məlumatına əsasən, aksiya vaxtı 295 nəfər saxlanılıb. Təhlükəsizlik qüvvələri etirazçıları şəhər bələdiyyəsinin yerləşdiyi Tverskaya küçəsindən yan küçələrə doğru sıxışdırıblar.

Moskva bələdiyyəsinə seçkilər sentyabrın 8-də keçirilməlidir.

Hakimiyyət bələdiyyə qarşısında aksiya keçirmək cəhdlərinin qarşısının alınacağını bildirib. Razılaşdırılmamış nümayişdən əvvəl bir sıra müxalifət üzvü həbs olunub, bəzilərinin evində axtarışlar aparılıb.

Etirazçı və polis

Şəklin mənbəyi, KIRILL KUDRYAVTSEV/AFP/Getty Images

Moskvanın meri deyib ki, qayda-qanun "mövcud qanunvericiliyə uyğun" şəkildə təmin ediləcək.

"Demək istəyirəm ki, bütün hüquqi məsələlər müəyyən olunmuş qaydada həll edilir. Ultimatum cəhdləri, qarışıqlıqların təşkili heç bir yaxşı nəticə verməyəcək!", - Sergey Sobyanin öz tvitində bildirib.

Polis

Şəklin mənbəyi, Kirill KUDRYAVTSEV / AFP

Yerli seçki qurumuna əsasən, bəzi namizədlər tərəfindən təqdim edilən imzaların etibarsız tanındığı üçün onlar qeydiyyatdan keçirilməyib.

Lakin hökumətin opponentlərinə əsasən, imzaların düzgün olmaması kimi, texniki səbəblər onlarla müstəqil namizədin seçilməsinə yol verməmək üçün bir bəhanədir.

Müxalifət bildirir ki, Moskva seçki qurumunun qərarına qarşı Mərkəzi Seçki Komissiyasına və daha sonra, məhkəməyə müraciət ediləcək.

Sentyabrın 22-də seçkilərdə qeydiyyata alınmayan namizədlərin çağırışı ilə Moskvada keçirilən aksiyaya minlərlə insan qatılıb.

Etirazçılar

Şəklin mənbəyi, KIRILL KUDRYAVTSEV/AFP/Getty Images

Etiraz
İkin qadın polis maşınında

Şəklin mənbəyi, KIRILL KUDRYAVTSEV/AFP/Getty Images