You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Monqolların çox sevdiyi qəlyanaltı: şam fıstığı
- Müəllif, Erin Craig
- Vəzifə, BBC Travel
Qərb ölkələrindəki popkorn və kartof cipsi kimi qəlyanaltılar əvəzinə Monqolustanda şam fıstığı istifadə olunur.
Biz ölkənin şimalında, Sibirlə həmsərhəd yarıarktik bölgədə yerləşən tayqanın şam meşəsindəyik.
Yerə qəfil düşən bir şey ayağıma doğru yuvarlanır. Mənim bələdçim Enkhbaatar ağacından şam qozalarını toplayıb yerə atır.
Onun 6 yaşlı oğlu yerə düşən qozanı qaldırıb dişənə çəkərək içindən çıxan şam fıstığını göstərir.
Burada fıstığı torbalarla istehlak edirlər çünki bu sevilən təamdır.
Mən öncə dələlərin topladığı qozaları görmüşəm. Buradakı qozalar daha dolğun və yapışqan olur.
Enkhbaatar, Monqolustanın şimalındakı tayqa sərhədlərində şimal maralı sürülərini otaran duha etnik azlığına mənsubdur.
Bu tayfa sürülərin yanındakı çadırlarda qalır və öz özlərini təmin edən bir həyat tərzi ilə yaşayır. Onlar qəlyanaltı ehtiyaclarını şam meşələrində toplanmış qoza tumu hesabına ödəyirlər.
Tundra və səhralıq ərazilərdən ibarət şimali Monqolustanda kənd təsərrüfatı ilə bağlı imkanlar məhduddur. Sərt iqlimə görə torpaq qeyri-münbitdir və otlaqlar da azdır.
Beləki, duhalar yeni otlaqlar tapmaq üçün daima köçəri həyat yaşamağa məcburdur.
Şimal maralı onların qidalanmasında mühüm rol oynayır. Bu heyvanların hesabına ət, süd və pendirə olan ehtiyac ödənir.
Lakin zülal və piylə zəngin rasionda meyvə tərəvəzdən alınan vitamin və minerallar yoxdur.
Köçəri həyat və ondan qaynaqlanan qidalanma məhdudiyyətlərinə Monqolustan boyunca rast gəlmək olar. Bu həyat tərzi Çingiz Xan dövründən bəri dəyişməz qalır.
Şam fıstığı, ətlə zəngin diyeti balanslaşdırır.
Şam fıstığı dəmir, A, D vitaminləri ilə yanaşı kalium, maqnezium və sinklə zəngindir. Beləliklə şam fıstığı sümükləri zəiflədən raxit xəstəliyinə qarşı effektiv çarədir.
Bu baxımdan, tayqa mühitində yaşayan duhalar daha cənuba doğru yerləşən ərazilərin sakinləri ilə müqayisədə üstünlüyə malikdir.
Davamlı süd və süd məmulatları ilə qidalananlar üçün şam fıstığı önəmli bir əlavədir.
Paytaxt Ulan-Batorda şam fıstığı ağacları yoxdur.
Amma küçə tacirləri onu torbalarla satırlar. İdxal olunan meyvə və tərəvəzə baxmayaraq yerli əhali üçün şam fıstığının xüsusi bir yeri var.
Əvvəlki dövrlərdən fərqli olaraq fıstığı toplamaq üçün icazə tələb olunur.
Toplanan malın əksər hissəsi Çinə satılır.
Monqollara şəxsi istehlak məqsədilə 25 kq-dək fıstıq toplamağa icazə verilir.
Lakin bir çoxları fıstığı malını paytaxt Ulan-Batora gətirən Samjmiatav Azjargal kimi küçə tacirlərindən alır.
Qış mövsümündə çirkli olan Ulan-Bator dünya paytaxtları arasında ən soyuq şəhərlərdən biridir.
Samjmiatav Azjargal kimi bir çox küçə satıcıları sərt şəraitdə çalışmalı olur və onlar fıstığı- qovrulmuş, təmizlənməmiş və qabıqlı halda təklif edir.
Azjargal-ın əri və qardaşları payız çağlarında fıstıq toplamaq üçün şimal bölgələrinə yollanır. Onlardan bəziləri ailəvi şəkildə gedir.
Oktyabr ayında qozalar yetirir və onları ağaca çıxmadan çırpıb toplamaq olar. Ancaq bu dövrdə fıstığa dələlər də göz dikir.
Onları üstələmək istəyən duhalar qozaların toplamasını bir az da ertələyir.
Vaxtından bir qədər əvvəl yığılmış qozaların tam yetirməsi üçün bir neçə həftə gözləmək lazımdır. Bu qozaları quru yerdə il boyu saxlamaq olar.
- Yazının orijinalını ingilis dilində BBC Travel saytında oxuyun.
- Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.