Dəyişən qoxu: aparıcı ətir brendləri niyə təhlükədədir

Şəklin mənbəyi, Gallivant
- Müəllif, Chris Johnston
- Vəzifə, BBC-nin biznes müxbiri
Bir çox illər ərzində ətir bazarında hakimiyyət Estee Lauder, L'Oreal və Coty kimi nəhəng brendlərin əlində olub və kimsə onların bu lider mövqelərinə nəyinsə təhlükə yaradacağını ehtimal belə etməyib.
"Hər kəsdən eyni qoxu gəlir və insanlar böyük brendlərin məhsullarından sıxılmağa başlayırlar. Onlar yeni nəsə istəyirlər", - deyə London-un yeni parfum brendi Gallivant-ın təsisçısı Nick Steward belə deyir. O, əmindir ki, alıcılarda digərlərində olmayan, fərdi şeylərə olan həvəs artır.
Nick Steward öz biznesinə L'Artisan Parfumeur Paris Dəb evinin kreativ direktoru ilə bir neçə il işlədikdən sonra başlaylb.
"Mən qeyri-adi və maraqlı nəsə etmək istəyirdim, yalnız ən yaxşı materiallardan istifadə edərək bu qayğıdan qurtulmaq istəyirdim", - deyə o bildirib..
Hazırda o öz ətirlərin internet və ABŞ, İtaliya, Almaniya və Avstraliyadakı ixtisaslaşmış pərakəndə satış vasitəsilə satır.
Gallivant firmasının məhsullar xətti, yeri gəlmişkən "unisex" kateqoriyasına aiddir. Yəni həm kişilər, həm də qadınlar üçün nəzərdə tutulan ətirlər bu və digər ətirləri yaradan parfum nümayəndələrini ilhamlandıran müxtəlif şəhərlərin adıyla adlandırılıb.
Məsələn, "Tel-Əviv" və "London" adlı "Toilet water" (tualet suyu) var.
Ətirlər 30 ml-lik flakonlarda qablaşdırılıb. Bu səyahət edənlər üçün bu çox münasibdir və parfum sənayesində ümumi qəbul olunmuş qab ölçüsündən daha kiçikdir.

Şəklin mənbəyi, Gallivant
Nick Steward deyir ki, qablaşdırmanın balaca olması onların məhsulunu daha da sərfəli edir və ona tələbatı artırır.
Çünki bu istehlakçıya eyni anda bir neçə ətiri almaq və onlardan növbə ilə istifadə etmək imkanı verir.
İstehlakçılar və pərakəndə satıcılar bu ilin əvvəlində buraxılan yeni brendə müsbət yanaşıblar.
Lakin Nick Steward qazanca gedən yolun asan olmayacağını etiraf etmək məcburiyyətindədir. "Bu, pul qazanmaq üçün çox ağır biznesdir".
O illik dövriyyəsi 27 milyard dollar olan qlobal ətir bazarında özünə yer axtarır. Burda isə Estee Lauder, L'Oreal və Coty kimi brendlər liderlik edir.
Bu şirkətlər öz məhsullarını xüsusilə istehlakçılara daha cazibədar etmək üçün Kristen Stewart və ya Charlize Theron kimi məşhurlardan isitfadə edərək ildə on milyonlarla dollar xərcləyirlər.
Kristen Stewart Chanel şirkətinin reklam kampaniyasının ulduzuna çevrilib, Charlize Theron isə Dior üçün J'Adore ətirini reklam edib.

Şəklin mənbəyi, Chanel
Bu cür qlamur reklamları televizorda, kinoda və ya jurnalda görən istehlakçılar bazarlara çıxarılan yüzlərlə ətirdən birini sınaqdan keçirmək çağırışına həvəslə yanaşırlar.
Kim risk etmirsə...
Fragrances of the World (Dünya ətirləri) parfum məhsulları qlobal məlumat bazasının təsisçisi Michael Edwards deyr ki, ciddi rəqabətə baxmayaraq, bəzi istehlakçılar yenə də təmiz xammaldan hazırlanan ətirlərə üstünlük verirlər.
Eynilə Gallivant kimi.
Çünki Galivant xüsusi, unikal bir şey təqdim edir. Onun fikrincə, hazırkı sahədə bütün yenilikləri kiçik brendlər edir, böyük brendlər isə risk etməkdən sadəcə çəkinirlər.
Böyük brendlər yeni məhsulun daha geniş istehlakçı dairəsi olması üçün neytral bir şey istehsal edirlər, Michael Edward belə deyir.

Şəklin mənbəyi, Getty Images
"İnsanlara məxsus ətirlərlə gələcək gənclər xüsusi bir şey istəyirlər. Savadlı marketinq əlbəttə ki həlledici əhəmiyyət daşıyır, lakin şəxsi tövsiyə hardasa daha effektlidir", - Edward deyir.
Bəzi böyük brendlərin bu sənayedə ziyan çəkməsi barədə faktları onun sözləri də təsdiqləyir.
Hətta Calvin Klein, Marc Jacobs, Gucci, Hugo Boss и Chloe kimi brendlərin məxsus olduğu Coty kimi məhşur New York parfümeriya şirkəti ciddi maliyyə problemləri ilə qarşılaşıb.
Avqust ayında şirkət rüblük hesabatında ziyan etməsi barədə məlumat vermişdi və bu məlumatar qismən Gucci Bloom и Hugo Boss Tonic kimi yeni ətirlərin daxil olduğu parfümeriya məhsullarnın buraxılmasında yüksək marketinq xərclərində öz əksini tapmışdı.
Yves Saint Laurent, Ralph Lauren və Diesel kimi brendlərin satışını həyata keçirən L'Oreal şirkəti də ötən rübdə təəccübləndirici satış rəqəmləri barədə məlumat verərək gəlirin azaldığını qeyd edib.
"Mintel" marketinq araşdırma şirkətinin təhlilçisi Roshida Khanom-un fikrincə, özünü yeni elan edən parfümeriyaların, yenilərin sənaye nəhənglərini qorxutması elə də asan deyil.

Şəklin mənbəyi, Mike Masoni
Chanel dünyanın ən məhşur parfumeriya istehsalçıalrından biridir.
Ötən il Yeni il qabağı No5 L'Eau ətirini satışa buraxan şirkət öz çeşidlərini yeniləyib.
Bu Chanel klassik ətirnin yeni versiyasıdır. Gənc nəsil üçün nəzərdə tutulan No5 ətiri satışı 20 faiz qaldırmağa kömək edib.
Bundan başqa ötən ay məhşur fransız şirkəti 15 il ərzində özünün yeni ətirini Gabrielle-i geniş miqyaslı reklam kampaniyası ilə satışa buraxıb.

Şəklin mənbəyi, Getty Images

Ətir alıcılarını cəlb edən məhz nədir?
Şüşə flakonlar və ya qablaşdırma deyil, ətirdən bilavasitə şəxsən istifadə əvvəlki kimi istehlakçılar üçün vacib məsələdir.
Fragrances of the World məlumat kitabının müəllifi Michael Edwards belə deyir. Onun sözlərinə görə, əksər insanlar ətirlərin qoxusunun "yüngülcə bəyənilməsini" istəyirlər.
Ətir alıcını ilk andan cəlb etməli və alıcını qoxunun vücudunda və dərisində daha uzun müddət qalmasına inandırmalıdır.
"Lakin ətir ilk növbədə sahibini özünü xüsusi hiss etməyə məcbur etməlidir",- o deyir.

Pərakəndə satıçılar ümid edirlər ki, yeni məhsulun buraxılması iki illik "təccübləndirici satışdan" sonra Böyük Britaniyada ətir sahəsinin yüksək səviyyəyə qaytarılmasına köməklik edəcək, Roshida Khanom belə səciyyələndirib.
Mintel-in qiymətləndirməsinə görə, bu il Böyük Britaniyada satış 1,5 milyard funt sterlinq təşkil edəcək. Bu isə Britaniyanı dünyada Braziliya, ABŞ, Rusiya və Fransadan sonra 5-ci bazar edəcək.
Ekspertin sözlərinə görə, parfümeriya pərakəndə satışın digər sahələri ilə eynidir. O təcrübəli istehlakçıların davranışlarından əziyyət çəkir.
İstehlakçılar mağazada məhsulu sınaqdan keçirir, lakin sonradan onu daha ucuz qiymətə almaq üçün internetə üz tuturlar. İstehsalçılar alıcını öz məhsulunu almağa məcbur etmək üçün şüşəyə və qablaşdırmaya, həmçinin marketinqə daha çox pul xərcləyirlər.
Digər məhşur marketinq üsulu isə məşhurların, məsələn Britney Spears, Beyonce və Jennifer Lopez kimi tanınmışların adıyla ətir buraxmaqdır.
Lakin görünür bu yol artıq fayda vermir. Mintel-in qənaətinə görə, istehlakçıların çoxu bu yolu "ucuz hiylə" adlandırırlar.

Şəklin mənbəyi, Getty Images
"Məşhurların adıyla olan ətirlər bir qədər əvvəl olduğu kimi artıq satışa təkan vermir ", - Roshida Khanom deyir.
Nick Steward və onun Gallivant brendi üçün bu yaxşı xəbərdir.
Gallivant-ın bəzi qiymətləndiriciləri brendin yerini qoruyub saxlamasına, dostlarının yanında tərifləmələri üçün onun varlığından yalnız onların məlumatlı olmasına üstünlük verirlər.
Lakin Nick Steward-ın fikrincə, bu qısa müddət üçün belədir: "Mən sadəcə il ərzində yalnız 5 şüşə sata bilmərəm ".







