Rusiya 4 il ərzində müdafiə sənayesinə $16,7 mlrd ayıracaq

Şəklin mənbəyi, AP

4 il ərzində Rusiya müdafiə sənayesinin inkişafına 16,7 mlrd dollar həcmində büdcə vəsaiti yönəldiləcək, baş nazirin müavini Dmitri Roqozin deyib.

Ötən həftə hökumət müdafiə sənayesi kompleksinin inkişafı üzrə dövlət proqramını təsdiqləyib.

Nazirlər kabinetinin qərarına əsasən proqramın həyata keçirilməsi müdafiə təyinatlı istehsalın ikiqat artırılmasına imkan verəcək.

Bazar ertəsi baş nazir ordunun yenidən silahlandırılması üzrə proqramın gerçəkləşdirildiyini deyib.

Dmitri Medvedev deyib ki, Rusiya beynəlxalq silah bazarında mövqelərini qorumaq niyyədindədir.

Hazırda Rusiya ABŞ-dan sonra ikinci ən iri silah ixracatçısıdır.