Tacikistan: məktəblərdə "son zəng" qadağan olunub

Tacikistan məktəblərində məzunların "yetkinlik zəngi" adlanan ənənəvi son zəng gününün keçirlməsinə qadağa qoyulub.
Tacikistanın Elm və Təhsil naziri Nurəddin Səyidin imzaladığı fərmanda deyilir ki, tədris ilinin son günü olan iyunun 7-də bütün məktəblərdə təntənəli toplantılar əvəzinə dərslər keçiriləcək.
"Respublikanın bütün ümumtəhsil məktəblərində 9 və 11-ci sinif məzunlarının "Yetkinlik zəngi" tədbirinin keçirilməsi qadağan olunsun", yerli mətbuat səhifələrində fərmandan iqtibas gətirilir.
Bir neçə il bundan əvvəl məktəblərdə, xüsusilə kənd məktəblərində istilik probleminə görə Tacikistan rəsmiləri dərs təqviminə dəyişiklər etmişdilər.
Dərslərin böyük bir hissəsi ilin isti mövsümlərinə keçirilmişdi.
Bu səbəbdən ölkə məktəblərində qış tətili 2 həftə əvəzinə bir ay davam edir.
