Yerevan: "Qarabağın taleyinə laqeydliyə qarşı” nümayiş keçirilib

Yerevanda bir qrup tələbə gənclər Ermənistan XİN binası önündə “beynəlxalq strukturların Qarabağın taleyinə laqeydliyinə qarşı” aksiya keçiriblər.
Etiraz, ilk növbədə Minsk Qrupu həmsədrlərinə ünvanlanır.
Minsk Qrupunun həmsədrləri bu həftə Bakıdan Dağlıq Qarabağa, oradan isə Ermənistana gediblər.

Nümayişçilər əllərində erməni, rus, ingilis və fransız dillərində “Tanıma”, “Azad Qarabağ”, “Qarabağ bizik” şüarları tutub.

Bu gün rəsmilərlə danışıqlardan sonra Yerevanda həmsədrlərin mətbuat konfransının vaxtı dəyişdirilib.

Aprelin 2-ə keçən gecədən başlayaraq Dağlıq Qarabağın cəbhə boyu rayonlarında "qızğın döyüşlər" başlayıb. Hər iki tərəfdən mülki və hərbi itkilər var.
