Rusiya və Suriya miqrasiyadan “silah kimi istifadə edirlər"

Şəklin mənbəyi, Reuters
Rusiya və Suriya Avropaya qarşı aqressiv strategiyalarında miqrasiyadan silah kimi istifadə edirlər, Avropada ABŞ qoşunları və NATO qüvvələrinin baş komandanı deyib.
ABŞ generalı Philip Breedlove Avropaya axın edənlər arasında cinayətkar, ekstremist və döyüşçülərin olduğunu da qeyd edib.
ABŞ Senatının qarşısında çıxış edən hərbçi deyib ki, böhran qeyri-döyüş vasitələrindən istifadə edən Moskvaya Aİ və NATO üzvləri arasında parçalanma yaratmaq imkanı verir.
Makedoniya üzərindən sərhəd keçidi məhdudlaşdırıldıqdan sonra Yunanıstan ərazisində miqrantların sayı artmaqdadır.
Ötən il ərzində dəniz üzərindən Avropaya 1 milyon adam gəlib. Yeni rəqəmlərə əsasən, ilin əvvəlindən eyni yolla gələnlərin sayı artıq az qala 130 minə çatıb.
Beynəxalq Miqrasiya Təşkilatı səyahət vaxtı 418 miqrantın boğularaq öldüyünü bildirir.
