Almaniya hökuməti 130 min miqrant “itirib”

Şəklin mənbəyi, Reuters
Almaniya hakimiyyəti ölkə daxilində ən azı 130 min qeydə alınmış qaçqınların harada olduqları yeri bilmir, ölkə daxili işlər nazirliyinin yaydığı məlumatda deyilir.
Almaniyada 2015-ci il ərzində qeydiyyatdan keçmiş 1 milyondan çox qaçqınların 13 faizi göndərildikləri miqrant qəbulu mərkəzlərində görünməyiblər.
Almaniya Federal Miqrasiya Xidmətinin rəhbəri Frank-Jurgen Weise ölkədə şəxsiyyəti hakimiyyətə məlum olmayan 400 min adam olduğunu bəyan edib.
Cümə axşamı Almaniya parlamentinin aşağı palatası Angela Merkelin tətbiq etməyə çalışdığı miqrasiya üzrə ölkə qanunvericiliyinin sərtləşdirilməsi təklifi dəstəkləyib.
Təqdirə layiq bilinən qaydalara əsasən, “təhlükəsiz” miqrantların ərizələri tezləşdirilmiş rejimdə baxılacaq.
Yeni normalarda həmçinin qaçqın olmayan, lakin öz ölkəsində edam və ya işgəncə təhlükəsi səbəbindən deportasiya edilməyən miqrantların müəyyən edilməsi üçün yeni meyarlar nəzərdə tutulur.
Tezləşdirilmiş rejim, o cümlədən, sığınacağa ixtiyarı olmayan və öz ölkələrində məhkum olunmuş miqrantların ölkədən çıxarılma prosesinə aiddir.
