Krım: polis "çətənə adası" aşkar edib

Krımın şimal-şərq hissəsində çətənə ferması aşkar edilib

Şəklin mənbəyi, noncredit

Şəklin alt yazısı, Krımın şimal-şərq hissəsində çətənə ferması aşkar edilib

Xəbərlərə görə, polis Krımın şimal-şərq hissəsində süni adada çətənə ferması aşkar edib.

Rusiyanın Lenta.ru xəbər vebsaytına əsasən, qamışlıq zolaqları arasında 500-dək çətənə kolu aşkar edilib.

Çətənə fermanın sahəsi 2,000 kvadrat metr təşkil edib.

Sahədə keşik çəkən şəxs polis tərəfindən saxlanılıb, araşdırma aparılır.

Rusiya mediası aşkar edilmiş əraziyə "çətənə adası" adı verib.

Səhərisi gün həmin əraziyə baxış keçirilərkən, yaxınlıqda yerləşən sahədə daha 1000-dək çətənə kolu aşkar olunub.

Aşkar edilmiş çətənin bazar qiyməti təxminən $3.5 milyondur.

Rossiya 24 televiziya kanalının məlumatına görə müsadirə edilmiş çətənin hamısı məhv edilib.