Putin: Rusiyanın NATO-ya hücum edəcəyini yalnız xəstə adam düşünə bilər

Vladimir Putin Corriere della Sera nəşrinə müsahibəni İtaliyaya yola düşməkdən öncə verib.

Şəklin mənbəyi, kremlin.ru

Şəklin alt yazısı, Vladimir Putin Corriere della Sera nəşrinə müsahibəni İtaliyaya yola düşməkdən öncə verib.

Prezidenti Vladimir Putin deyib ki, Rusiyanın NATO-ya hücum edəcəyini yalnız qeyri sağlam adam təsəvvür edə bilər.

"O ki, qaldı Rusiyanın mümkün aqressiv hərəkətləri ilə bağlı bəzi ölkələrin ehtiyatlanmasına - zənnimcə yalnız qeyri sağlam adam, o da ki, yuxusunda, Rusiyanın birdən-birə NATO-ya hücum edəcəyini təsəvvür edə bilər”, - Vladimir Putin İtaliyanın Corriere della Sera qəzetinə bildirib.

Rusiya lideri İtalyan jurnalistlərinə müsahibəni Milan şəhərində keçən energerika üzrə “EKSPO” sərgisinə yollanmaqdan əvvəl verib.

Vladimir Putin bu səpkidə danışaraq inteqrasiya proseslərinə toxunub. “Avropa ölkələri inteqrasiya olunanda bu normaldır. Ama biz postsovet məkanında həmin şeyi edəndə - bunu Rusiyanın nəisə imperiya yaratmağa can atması ilə izah edirlər”.

Ukraynada baş verən hadisələrə toxunarkən Vladimir Putin deyib ki, vaxtilə prezident Yankioviçlə əldə olunmuş və 3 Avropa ölkəsi XİN başçılarının qarant kimi imza atdığı razılaşmanın yerinə yetirilməsinə çalışmaq lazım idi. O vaxt hadisələrin arxasında ABŞ-ın durduğuna eyham vuran prezidentin sözlərinə görə avropa nazirləri sənədə əməl olunmadığı halda müxalifətə deməliydilər ki, biz çevriliş barədə danışmamışıq və sizi dəstəkləməyəcəyik.

Vladimir Putin deyib ki, Rusiya Minsk razılaşmalarının yerinə yetirilməsi üçün “müstəqilliklərini elan etmiş Donetsk və Luhansk Respublikalarına” təsir göstərmək üçün əlindən gələni əsirgəmir və Qərb də Kiyevə nüfuzundan istifadə edərək eyni addımlar atmalıdır.