Ermənistan sərbəst güləşçiləri Bakıya getməyə hazırlaşır

Şəklin mənbəyi, BBC World Service
Birinci Avropa Oyunlarında iştirak etməyə hazırlaşan Ermənistanın sərbəst güləş üzrə komandası Bakıya ayın 15-də Tbilisi hava limanından uçacaq. Komanda Bakıdan iyunun 19-da qayıtmalıdır.
Sərbəst güləşçiləri artıq məşqlərə başlayıblar, sərbəst güləş üzrə Ermənistan milli komandasının baş məşqçisi Arayik Bağdadyan bəyan edib.
Məşqçinin sözlərinə görə, sərbəst güləş üzrə yarışlarda Ermənistan komandası altı çəki kateqoriyasında çıxış edəcək.
Bakıya 57 kiloqram çəkidə ötən il Avropa çempionatının mükafatına layiq görülmüş Qarik Barseğyan, 23 yaşadək güləşçilər arasında Avropa çempionu Volodya Franqulyan, 2013-cü il dünya və Avropa çempionu 65 kiloqram çəkidə çıxış edən Davit Safaryan, 74 kiloqram kateqoriyasında ötən və bu il Avropa çempionatında ikinci yeri tutmuş Qriqor Qriqoryan, 86 kiloqram çəkidə müxtəlif dəyərli mükafatlar qazanan Musa Murtazaliyev və Ermənistan milli komandasının yeni üzvü, 125 kiloqram çəkili Levan Berianadze Gürcüstan komandasının tərkibində gənclər və yaşlılar arasında Avropa və dünya mükafatçısı olub.
Sərbəst güləşçiləri daha dörd məşqçi, həkim, Ermənistan güləş federasiyasının sədr müavini Hrant Yenokyan və baş katibi, Ermənistan Milii Məclisinin üzvü Bazmaser Arakelyan müşayiət edəcəklər, baş məşqçi Bağdadyan dedi.

