Putin İrana S-300 raketlərinin satışına icazə verib

Şəklin mənbəyi, AFP
Rusiyada 8 il bundan əvvəl S-300 raketlərinin İrana verilməsinə qoyulmuş qadağanı prezident Putin fərman ilə ləğv edib.
Vladimir Putininin fərmanı Rusiya ərazisindən tranzit daşınması yolu ilə və ya birbaşa daşınmaqla, eləcə də Rusiya ərazisindən xaricdə, dəniz və hava yolları vasitəsilə ilə S-300 raket sistemlərinin İrana çatdırılmasına icazə verir.
2007-ci ildə Moskva ilə Tehran arasında bu cür S-300 raket sistemlərinin İrana satılması barədə 800 milyon dollar dəyəri olan müqavilə imzalanmışdı.
BMT tərəfindən 2010-cu ildə Tehrana qarşı yeridilmiş sanksiyalardan sonra həmin müqavilənin icrası Rusiya tərəfindən dayandırıldı.
O zaman müvafiq göstəriş prezident Medvedev tərəfindən imzalanmışdı.
İran və Rusiyada çoxları müqavilənin dayandırılmasına etiraz edərək bildirirdilər ki, S-300 zenit kompleksləri müdafiə silahıdır və BMT sanskyaları onlara aid edilməməlidir.
İrana qarşı BMT sanksiyaları isə hələlik qüvvədə qalmaqdadır.
