Atəşkəsin pozulmasında Ermənistan və Azərbaycan bir-birlərini suçlayır

Şəklin mənbəyi, noncredit
Ermənistan və Azərbaycan qoşunların təmas xəttində atəşkəsin pozulmasına görə qarşılıqlı ittihamlar irəli sürürlər.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Hovhannisyan Ermənistan tərəfinin Azərbaycanın "təxribat" cəhdlərinin qarşısını aldığını bildirdiyi halda, Azərbaycan Müdafiə Nazirliyi gün ərzində cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejiminin Ermənistan qüvvələri tərəfindən 64 dəfə pozulduğunu bəyan edib.
A.Hovannisyan Facebook səhifəsində yanvarın 31-də təmas xəttində "ötən gecə" vəziyyətin gərgin olduğunu bildirib.
"Ötən gecə düşmən yenə təxribata əl atıb. Təmas xətinin Daqlıq Qarabağa aid sahəsində təxribat cəhdlərinin qarşısı alınıb. İnsidentə görə bütün məsuliyyət Azərbaycan hərbiyyəsi və siyasi rəhbərliyinin üzərinə düşür", Hovhannisyan qeyd edib.
Dağlıq Qarabağ Müdafiə Nazirliyi təmas xətti boyu çoxsaylı atəşkəs pozulması hallarının qeydə alındığını bildirib.
"Yanvarın 31-də və fevralın 1-də düşmən Dağlıq Qarabağla Azərbaycan qüvvələri arasındakı təmas xəttində atəşkəs rejimini 500 dəfə pozub, bu zaman Qarabağ qoşunlarına müxtəlif çaplı silahlardan və, o cümlədən, 60 mm çaplı mərmilərlə 10,000 dəfə atəş açılıb, Armenpress xəbər agentliyi fevralın Dağlıq Qarabağ Müdafiə Nazirliyini iqtibas edib.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi vebsaytında Ermənistan qüvvələrinin fevralın 2-də gün ərzində cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini iriçaplı pulemyotlardan 64 dəfə pozduqları bildirilib.
Məlumat BBC Monitoring tərəfindən hazırlanıb.




