İran ABŞ-ın İslam Dövlətinə qarşı hərbi əməliyyatlarını "dəstəkləyir"

Şəklin mənbəyi, khamenei.ir
İranın Ali dini rəhbəri şimali İraqda İslam Dövlətinə qarşı mübarizədə ABŞ ilə əməkdaşlığa icazə verib, BBC Farsca xidmətinə danışan mənbələr bildirib.
Tehrandakı mənbələrə görə, Ayətullah Xameneyi ən yüksək rütbəli komandirinə ABŞ, İraq və kürd qüvvələrinin hərbi əməliyyatları ilə koordinasiya etmək səlahiyyəti verib.
İran, şiələri kafir hesab edən sünni İslam Dövləti qruplaşmasına ciddi təhlükə kimi baxır.
İraqın müttəfiqi olan İran bundan əvvəl ABŞ-ın İraqdakı əməliyyatlarına qarşı olub.
Amma ötən ay ABŞ-ın havadan hücumlarına görə İranın dəstəklədiyi şiə silahlıları və kürd qüvvələri İslam Dövlətinin Əmirli kəndinə iki aylıq mühasirəsi <link type="page"><caption> yarılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/multimedia/2014/09/140902_iraq_turkmens_siege.shtml" platform="highweb"/></link>.
