Çərkəslər, yaşıl lentlər və Qafqaz müharibəsi barədə

Qafqaz

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, 150 il bundan əvvəl başa çatmış Qafqaz müharibəsində hər xalqın öz qəhramanları olmuşdur.
    • Müəllif, Əlixan Mamsurov
    • Vəzifə, İnternet KİV "Kavkazski üzel" və bbcrussian.com üçün

Deyilənə görə, Qafqaz müharibəsi dövründə, Qaradəniz Sahil xəttinə komandanlıq edən general Nikolay Rayevskinin yanına yerli şapsuq ağsaqqalları gəlir.

Onlar generaldan Rusiyanın yerli əhaliylə qarşı müharibə aparmasının səbəbini sorurlar.

General cavab verir: “Sultan sizi Rusiya çarına peşkəş edib”.

"Aha!Anladım, - qoca şapsuq bunu deyərək generala yaxınlıqdakı ağacın budağına qonmuş quşu göstərir – General, onda mən də sənə bu quşu hədiyyə edirəm, götür səninki olsun!".

Bununla da həmin görüş bitir, Rus generalına isə aydın olur kı, çərkəslər gücün də qarşısında belə azadlqlarından çəkilən deyillər.

"Bir əsr yarım bundan əvvəl çərkəs (adıq) xalqının taleyi qəddarcasına və ədalətsiz tərzdə dəyişdirildi, Rus-Qafqaz müharibəsi zamanı baş vermiş soyqırım kimi bəla ilə adıqlar o zamanadək heçvaxt qarşılaşmamışdılar", - Yunus adlı gənc çərkəs deyir.

Onun sözlərinə görə, bugün Çərkəs cəmiyyəti qisasçılıqdan uzaqdır, “ötən 150 il həmin faciəvi hadisələri tarixə çevirib”, lakin çərkəslər bu tarixi yaddan çıxarmaq niyətində deyil.

Çərkəslərin anım günü

Qafqaz müharibəsi 1864-cü il mayın 21-də başa çatıb. Qafqaz xalqları, xüsusən də çərkəslər üçün bu müharibə əsl faciyəyə dönmüşdü.

Yalnız rəsmi statistikaya əsasən 1858-ci ildən 1865-ci ilədək, yarım milyonadək yerli əhali öz torpaqlarından sürgün edilmişdi.

Camaat öz evlərini, mülkünü, mal-qarasını qoyub evlərini tərk edirdi – onların qoyub getdiyi var-dövlət isə bu yerlərə köçürülən kazaklara nəsib olurdu. Çərkəslər Türkiyəyə sürgün edilirdi. Sürgün edilənlərin çoxu yolda tələf olmuşdu.

2013-cü ildə faciəvi tarix ərəfəsində Çərkəs təşkilatlarının Rusiya prezidenti və Federal Məclisinə göndərdiyi müraciətdə deyilirdi ki, “bir əsr ərzində 1763-1864 illərdə Rusiya İmperiyasına qarşı qəhramancasına göstərilən müqavimət adıq xalqı tarixinin əsas hadisəsi olub”.

Rusiya imperiyası çərkəslərin (adıqların) müqavimətini qəddarcasına yatırımışdı, onların torpaqları isə Qaradəniz quberniyası, Kuban və Terek vilayətlərinin tərkibinə daxil edilmişdi.

Son 20 ildir ki, adıqlar Rusiya Federasiyasından çərkəslərin Rusiya İmperiyası tərəfindən soyqırıma məruz qoyulması faktının tanınmasına nail olmağa çalışırlar, lakin bu mövzuda hətta söhbət aparılması belə Rusiyanın elmi və siyasi dairələrində gərginliyin yaranmasına səbəb olur.

Qafqaz

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Qafqaz dövrünə aid qalanın qalıqları, XIX əsrin ortaları.

Labüdlük…

Son illər ərzində çərkəslər üçün anım və qüssə günü olan 21 may ərəfəsində Maykop və Nalçikdə matəm küçə yürüşiəri təşkil edilir, tədbirlərdə minlərlə adam iştirak edir, onların sayı ildən ilə artır.

"Nalçikdə bu yay Qafqaz müharibəsi mövzusunda beynəlxalq konfrans təşkil olunacaq. Moskva və Sankt-Peterburqda da dəyirmi masalar keçiriləcək”, - Rusiya Elmlər Akademiyasının əməkdaşı, tanınmış qafqazşünas Naimə Nefləşeva deyir.

Onun sözlərinə görə, bu yaxınlarda Moskvada “Qafqaz müharibəsi Qafqaz xalqlarının tarixi yaddaşında” mövzusu ətrafında dəyirmi masa təşkil edilmişdi, lakin Adıq, Kabardin-Balkar, Qaraçay-Çərkəs və Dağıstan təmsilçilərinə orada yer olmamışdı.

Çərkəs (adıq) respublikalarının rəhbərlərindən bəziləri uzun illərdi ki, 21 May anım günü ilə bağlı tədbirlərdə iştirak etmirlər, bunu isə regionun əhalisi siyasi zəiflik və konformizm kimi qiymətləndirir.

Yeni təşəbbüslər indi də sosial şəbəkələrdə təşkil olunmuş qruplar tərəfindən irəli sürülür.

Dialoqda dalan vəziyyəti

Anım günü ərəfəsi, mayın 16-da, Rus-Qafqaz müharibəsinin 150-illiyi münasibətilə yaşıl rəngli xatirə lentlərinin hazılrlanması kampaniyasının təşəbbüskarlarından biri olan Beslan Teuvajayev Moskva polisi tərəfindən saxlanılmışdı.

Ondan 70 min lent müsadirə olunmuşdu. Sonradan Teuvajayev azadlığa buraxılmışdı, lakin lentlər ona qaytarılmamışdı. Polis lentlərin üzərindəki yazıda ekstremizm əlaməti sezmişdi.

Çərkəs fəalları bucür hərəkətləri imperiya siyasətinin davam etdirilməsi kimi qiymətləndirirlər.

Sosial şəbəkələrdə gedən diskussiyanın üzvləri isə hesab edirlər ki, "tarixin faciəvi dərslərindən nəticə çıxarılmayıb”.

"Onlar lentləri əlimizdən ala bilər, lakin yaddaşımızı silə bilməzlər”, Facebook şəbəkəsində bu mövzuda gedən diskussiyanın Anzor adlı iştirakçısı yazır.

Rusiyada titul xalqı (dövlətin rəsmi adını müəyyənləşdirən milliyyət mənsubları) olan kəsimin və azsaylı xalqların təmsilçilərinin Qafqaz tarixinə fərqli baxışları – dilaoqun dalan vəziyyətinə düşməsinə səbəb olur, Rusiya cəmiyyətində faciəvi tarix ərəfəsində birliyin hiss olunmasına əngəl yaradır, hər iki tərəfdən Qafqaz müharibəsi qəhramanlarının anılmasına imkan vermir, diskussiyanı “kimə qəhraman deyilə bilər” müstəvisinə keçirir.