Qazprom Ukraynaya 1,66 mlrd dollarlıq hesab təqdim edib

Gazprom

Şəklin mənbəyi, Reuters

Avans şəklində ödənişlərə keçdiyini elan edən Rusiya şirkəti iyun ayında Ukraynaya ötürüləcək təbii qaz həcminə 1,66 mlrd hesab təqdim edib.

"Ukraynanın "Naftoqaz Ukrayinı” bu hesabı iyun ayının 2-dək ödəməlidir", - Rusiya qaz şirkətinin nümayəndəsi Sergey Kuprianov deyib.

Onun sözlərinə görə Ukraynanın qaza görə ümumi borcu 3,505 mlrd dollar təşkil edir.

Bazar ertəsi Rusiyanın baş naziri Dmitri Medvedev Ukraynanın qaz təchizatında öncədən ödəniş sisteminə keçməyi tələb edib.

Aprel ayında Rusiya Ukrayna üçün qazın qiymətini 43 faiz qaldırıb.