Suriya üsyançıları Türkiyə sərhədindəki rayonu zəbt edib

Şəklin mənbəyi, Reuters
Suriyada üsyançı döyüşçülər onların Türkiyə ilə keçidə və sərhəddəki kəndə nəzarət etdiyini göstərən video yayıblar.
İslamçı üsyançılar, o cümlədən Əl Qaidə ilə əlaqəli Nursa Cəbhəsi cümə günündən Kassab rayonu uğrunda vuruşurlar.
Döyüşlərdə prezident Əsədin yaxın qohumu Hilal əl-Əssad də öldürülüb.
Bazar günü hava məkanının pozulmasını səbəb gətirən Türkiyə ərazidəki Suriya hərbi təyyarəsini vurmuşdu.
Məlumata görə, üç güllə Türkiyəyə düşəndən sonra Türkiyə hərbi qüvvələri sərhəddə cavab atəş açıblar.
