Çeçenlər Suriyada Əsədə qarşı vuruşmaq üçün cənuba üz tuturlar

Çeçen komandiri
Şəklin alt yazısı, Suriyada döyüşən çeçenlərdən ən məşhuru Omar Şişanidir (ortada).

Suriyada prezident Bəşər Əsədə qarşı döyüşən üsyançı dəstələrin tərkibində Qafqazdan, o cümlədən, Gürcüstanın Pankisi dərəsindən gəlmiş çeçenlərin sayı az deyil.

Gürcüstandakı çeçenlərin problemlərilə məşqul olmuş BMT-nin Qaçqınlar agentliyinin keçmiş əməkdaşı Pankisi dərəsinin "hamının yadından çıxdığını" qeyd edib.

Keçmiş BMT rəsmisinin qeyd etdiyi kimi, Tbilisi Pankisi çeçenlərini dəstəkləyə bilmir, Çeçenistanın Ramzan Kadırov kimi Moskvapərəst rəhbərini onlar maraqlandırmır, Rusiyaya isə onlar sadəcə lazım deyil.

Suriyada döyüşən çeçenlərdən ən məşhuru Omar Şişani, yüzlərlə döyüşçüsü olan Jaysh al-Muhajirin wa al-Ansar dəstəsinə rəhbərlik edir. Bu dəstədə yüzlərlə xarici döyüşçü var, onların çoxu Şimali Qafqazdandır.

Müsəlman çoxluğu

Pankisi dərəsi Qafqaz sıra dağlarının ətəyində yerləşir.

Ərazidə təxminən 15 minədək, əcdadları 18-ci əsrdə bu əraziyə köçmüş, etnik çeçen yaşayır.

Gürcüstanın hökümət rəsmilərinə əsasən, Pankisi çeçenlərinin əksəriyyəti yoxsulluq şəraitində yaşayır və burada ailələrin çoxu əsasən təqaüd hesabına dolanır.

Rusiya qoşunları ilə Çeçen separatçıları arasında 1990-2000-ci illərdə baş vermiş müharibələr dövründə, Pankisi dərəsində çeçen əhalisinin sayı artıb.

Müharibə zonasını tərk edən çeçenlər, eləcə də, Rusiya Çeçenistana nəzarətini bərpa edəndən sonra, üsyançıların bir qismi Pankisi dərəsində sığınacaq tapıb.

Üsyançıların çoxu İslamın aşırı mühafizəkar sələfilik (vəhabilik) cərəyanına sitayiş etdiyindən, onların məqsədi Şimali Qafqazda İslam dövləti qurmaq olub.

Pankisidə çeçen əhalisinin sayı artdıqca onların ideologiyası ərazidəki gənclər arasında populyarlaşırıb.

Pankisi
Şəklin alt yazısı, Əyub Borçaşvili

Bu isə ənənəvi olaraq İslamın sufilik cərəyanına sitayiş edən çeçenlər arasında gərginliyin artmasına gətirirdi.

Lakin , Jokolo kəndinin vəhabi imamı, Əyub Borçaşvili bu ziddiyyətlərin ciddi olmadığını deyir, çünki, onun təbirincə, çeçenləri bağlayan tayfa və ailə telləri mövcuddur.

Onun sözlərinə görə, vəhabilərin yeganə məqsədi "Qurana və sünniliyə" uyğun yaşam tərzidir.

Cənuba axın

Keçmişdə Pankisi dərəsindən gənc vəhhabilər Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkarda vuruşmaq məqsədilə şimal istiqamətində hərəkət edirdilərsə, hazırkı istiqamət cənuba - Suriyaya tərəfdir.

Şimali Qafqazda Pankisidən gələnlər çeçen separatçı lideri Doku Umarovun birləşməsində Qafqaz Əmirliyi bayrağı altında döyüşürdülər.

Lakin 2010-cu ilin mart ayından bəri, Suriyada silahlı üsyan başlayan dövrdən, artan sayda çeçen gəncləri prezident Bəşər Əsədə qarşı döyüşmək üçün Suriyaya axışırlar.

Gürcüstanda çeçen icmasının yüksək rütbəli rəsmisi Umar İdigovun təxminlərinə görə, hazırda Siriyada 200-dək çeçen vuruşur. İdiqovun özü bu cür halı alqışlamır.

'Əzilənləri müdafiə etmək'

Əyub Borçaşvili bu vəziyyəti, qismən, Şimali Qafqaza keçməyin çətinləşməsilə izah edir.

Lakin eyni zamanda onun təbirincə, gənc çeçenlər Suriyada "əzilənləri müdafiə etmək vəzifəsinin" onların boynuna düşdüyünə inanır.

Doku Umarov ilk əvvəl, çeçen döyüşçülərinin Suriyaya getmək əvəzinə Qafqaz Əmirliyinə kömək etməyə çağırırdı.

Lakin sonradan, sözlərinə dəyişiklik edərək, bildirdi ki, çeçen könüllülərinin Suriyaya getməsinin səbəbi Qafqaz Əmirliyinin sıralarına həddən artlq çeçen gəncini qəbul etmək istəməməsidir.

Suriyadakı çeçen döyüşçülərinə yaxın mənbə isə BBC-ə deyib ki, "Şimali Qafqazda resurs və təlim düşərgələri olmadığı halda, Suriyada düşərgə də, resurslar da kifayət qədərdir".

"Qafqaz işğal altında qaldığı halda bizim Suriyada döyüşməyimiz yaxşı görünməsədə, gənclər burada təlim keçəndən sonra geri dönürlər. Mənim dostlarımdan biri partlayıcı qurğu hazırlamaq üzrə təlim aldıqdan sonra birbaşa dağlara döndü".

"Bu baxımdan, bizm burada olmağımızdan Qfqaz Əmirliyi bəhrələnir, onların təlim görümüş hazır döyüşçüləri olacaq", mənbə vurğulayıb.