Recep Tayyip Erdoğan: "Biz Sinan bəylə sövdələşmə etməmişik"

Şəklin mənbəyi, Getty Images
Türkiyə Prezidenti Receb Tayyip Erdoğanla 14 may prezident seçkisində səslərin 5.17 faizini qazanmış Sinan Oğan arasında hər hansı "sövdələşmə olmayıb". Bunu bazar ertəsi axşam TRT-nin ortaq yayımında Prezident Erdoğan deyib.
Sinan Oğan bazar ertəsi keçirdiyi mətbuat konfransında 28 may prezident seçkisinin ikinci turunda Erdoğanı dəstəkləyəcəyini deyib.
"Sinan bəylə mənim aramda qətiyyən heç bir sövdələşmə olmayıb", - o, Sinan Oğanın mövqeyini şərh edərkən deyib və onu dəstəkləyəcəyi üçün Sinan Oğana təşəkkür edib.
"Sinan bəy bizim terrorla mübarizə, türk dünyası ilə əlaqələr, vətənimizin gələcəyi ilə bağlı aydın mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu, olmayıb, ola da bilməz", Recep Tayyip Erdoğan deyib.
"Sinan Oğanla vitse-prezident və ya nazirlik kimi bir mövqe müzakirə etmisizmi" sualına Erdoğan "Sinan bəylə mənim aramda qətiyyən sövdələşmə olmayıb" deyib.
Erdoğan Konstitusiyanın dəyişməz ilk dörd maddəsi və 66-cı maddədə Türkiyə vətəndaşlığının tərifi ilə bağlı Sinan Oğanla razılaşdıqlarını açıqlayıb.
Sinan Oğanın qaçqınların öz ölkələrinə geri göndərilməsi tələbinə də toxunan Erdoğan deyib ki, hazırda Suriyanın şimalında qaçqınların bir qismi üçün evlər tikilir və gələcəkdə bu işlər davam etdiriləcək.
Recep Tayyip Erdoğan bildirib ki, "Başqa bir məsələ Türk Dövlətləri Təşkilatıdır. Eləcə də bu mövzuda türk dövlətləri ilə, xüsusən də qardaşım İlham Əliyevlə görüşümüz oldu. Bunlar türk dünyasına qarşı həssaslığımızın ən gözəl nümunələridir".
Bazar ertəsi günü Sinan Oğan sabitliyi əsas gətirərək ikinci turda Prezident Erdoğanı dəstəkləyəcəyini açıqlayıb.
Oğanın açıqlamasından sonra Millət İttifaqının prezidentliyə namizədi Kemal Kılıçdaroğlu Twitter hesabında yazıb ki, "Kimin bu gözəl vətənin, kimin də vətəni satanların tərəfdarı olduğu aydındır".

Şəklin mənbəyi, Reuters
Sinan Oğan ikinci turda Prezident Erdoğanı dəstəkləyəcək
Prezident seçkisinin ilk turunda 5 faizdən çox səs toplamış, ATA İttifaqının namizədi Sinan Oğan bazar ertəsi keçirdiyi mətbuat konfransında ikinci turda Prezident Recep Tayyip Erdoğanı dəstəkləyəcəyini açıqlayıb.
"Bizə səs verən seçicilərin də cənab Recep Tayyip Erdoğanı dəstəkləməsini tələb edirəm", - deyə Oğan bildirib.Sinan Oğan Ankarada verdiyi açıqlamada ilk turda 5,17 faiz səs toplayaraq seçkidə təsiredici rol oynadıqlarını bildirib."Biz bu seçkiləri cəmiyyət qarşısında qoyduğumuz məqsəd və hədəflər baxımından qiymətləndirərkən türk millətçiliyini və kamalizmini ölkənin gündəminə çevirmiş olduq", -Sinan Oğan deyib.
Mayın 14-də keçirilmiş prezident seçkisində Sinan Oğana səs vermiş seçicilərin seçkinin nəticəsini müəyyən edə biləcəyi düşünülür.
O, Twitter hesabında yazıb: "Məsləhətləşmələrimizin sonuna gəldik. Sabahkı görüşlər və məsləhətləşmələr yekunlaşdıqda, artıq qərarımızı dəqiqləşdirib türk millətinin sevimli övladları ilə paylaşacağıq".
Sinan Oğan verdikləri qərarlarda "Türk millətinin gələcəyi, ölkənin birlik və bütövlüyü, sabitliyi önəmli olacaq" deyib.
O, dəstəkləyəcəkləri namizədi seçərkən şərtlərini "terrorla mübarizə, terror təşkilatlarının dəstəklədiyi siyasi partiyalarla məsafə saxlamaq, qaçqınları geri göndərmək, konstitusiyanın ilk 4 maddəsinə və 66-cı maddəsinə toxunmamaq" kimi izah etmişdi.
Sinan Oğan New York Times qəzetinə verdiyi müsahibədə ona səs verənlərin 70 faizinin ikinci turda onun elan etdiyi adı dəstəkləyəcəyini iddia edib.
Müəyyən bir namizədi dəstəkləmək müqabilində yüksək vəzifə tələb edəcəyini bildirən Oğan "Mən vitse-prezident ola biləcəyim halda niyə nazir olmalıyam?" deyib.
AKP sədri və Prezident Recep Tayyip Erdoğan cümə günü Dolmabahçe İş Ofisində Oğanla, Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu Ankarada ATA İttifaqına daxil olan Zəfər Partiyasının sədri Ümit Özdağ ilə görüşmüşdü.
Konstitusiyanın ilk 4 maddəsində deyilir ki, Türkiyə dövləti cümhuriyyətdir; Atatürk millətçiliyinə sadiq, demokratik, dünyəvi və sosial hüquqi dövlətdir; bölünməz bir bütöv olduğunu ortaya qoyur, dilini türkcə olaraq təyin edərkən bayrağını, himnini, paytaxtını da dəqiqləşdirir.

Şəklin mənbəyi, AL ARABIYA AL-HADATH
Müxalifət bəzi bölgələrdə seçki nəticələrinə etiraz edib
Çərşənbə günü gecə saatlarında Türkiyədə keçirilən prezident seçkilərində bəzi bölgələrdə seçki protokolları ilə ölkənin Mərkəzi Seçki Komissiyasının rəsmi (YSK) rəqəmləri arasında olan fərqlərə görə, müxalifət partiyaları nəticələrə etiraz edib.
Mayın 14-də keçirilən seçkilərin nəticələri ilə bağlı şübhələrini bildirən seçicilər Twitter-də bir neçə saat səslərin yenidən sayılması və seçki orqanlarına nəticələrə etiraz etmə müddətini uzatmaq barədə çağırış ediblər.
Bu mövzularda atılan tvitlər saatlarla müzakirə olunub, bir milyona yaxın paylaşım edilib və protokollardakı pozuntu iddiaları paylaşılıb. Bazar günü Türkiyədə keçirilən prezident seçkiləri ikinci tura qalıb. İkinci tur mayın 28-də keçiriləcək.
Türkiyə daxilində seçki protokolları ilə MSK məlumatlarının uyğun gəlmədiyini iddia edən yüz minlərlə sosial media paylaşımından sonra siyasi partiyalar bir-birinin ardınca açıqlamalar verməyə başlayıb. YSK hələlik iddialarla bağlı açıqlama verməyib.
Cumhuriyyet Halk Partiyasının (CHP) sədr müavini Muharrem Erkek seçki protokolları ilə MSK məlumatlarının uyğun gəlmədiyi seçki qutuları ilə bağlı deyib ki, "Biz bütün seçki qutularımızın nəticələrini sistemimizə daxil etdik. MSK da daxil edib. MSK məlumatlarına uyğun gəlməyən seçki qutuları ilə bağlı bölgə seçki komissiyalarına etiraz göndərilib. Düzəlişlər dairə seçki komissiyaları tərəfindən ediləcək. Hər səsi izləməyə davam edəcəyik".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 1
Müxalifətdəki Halkların Demokrasisi Partiyasının (HDP) seçki məsələləri üzrə təmsilçisi Mehmet Rüştü Tiryaki 1000-dən çox seçki qutusunun nəticələri hesabatının səhv daxil edildiyini və etirazlar əsasında bunların hamısının düzəldildiyini bildirib.
Cənab Tiryaki deyib ki, etdikləri bütün etirazlarla bağlı nəticə əldə ediblər.
"Hələ ki, heç bir şəhərdə deputatların bölgüsünə təsir edəcək bir nəticəyə gəlməmişik. Biz bunları saxta cəhdlər kimi qiymətləndirəcəyik, bunun arxasında mütəşəkkil bir planın olub-olmaması ilə bağlı hələ heç bir sübutumuz yoxdur", - Mehmet Rüştü Tiryaki deyib.

Şəklin mənbəyi, Getty Images
Mayın 14-də nəticələr necə olub?
Türkiyədə prezident seçkiləri ikinci tura qalıb. İkinci tur mayın 28-də keçiriləcək.
Bazar ertəsi günü Bakı vaxtilə saat 16:15-də Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) sədri Ahmet Yener açıqlama yayıb.
"Müvəqqəti ilkin nəticələrə görə, cənab Erdoğan 49,51, Kılıçdaroğlu 44,88, Oğan 5,17, İnce isə 0,44 faiz səs toplayıb", o bildirib.
Yener bildirib ki, bazar günü keçirilmiş seçkilərdə ölkə daxilində iştirak faizi 88,92%, ölkə xaricində isə 52%-olub.
"Hələ sistemə daxil edilməmiş 35 min 874 səsin hamısının cənab Erdoğan-a verildiyini qəbul etsək, Erdoğan-ın səs nisbəti 49,54 faiz, cənab Kılıçdaroğluna verildiyini qəbul etsək, onun faiz nisbəti 44,85 faiz ola bilər. Beləliklə, 6271 saylı qanunun 4-cü maddəsində göstərildiyi kimi, heç bir namizəd nəzərdə tutulan seçilmə yetərliliyini qazana bilməyib. Daha əvvəl elan olunmuş seçki təqviminə əsasən, seçkilərin ikinci turunun 28 may 2023-cü il, bazar günü keçirilməsi qərara alınıb".
MSK sədri təbliğat dövrünün də başladığını açıqlayıb.
Türkiyə Mərkəzi Seçki Komissiyasının (YSK) bazarertəsi günü yerli vaxtla saat 09.45-ə olan məlumatına görə, Erdoğan 49,40 faizini, Kılıçdaroğlu 44,96, Sinan Oğan 5,2%, Muharrem İnce 0,44% səs toplayıb.
Həmin məlumata əsasən, ölkə üzrə 27 seçki məntəqəsinin nəticələri hələlik sayılmamış qalır, xaricdə isə 8065 seçki məntəqəsinin nəticələri sayılıb, 1529 seçki məntəqəsi isə sayılmayıb.
Türkiyədə artıq səslərin 98,88 faizinin sayıldığı bildirilir. Anadolu agentliyinin məlumatına görə, Recep Tayyib Erdoğan 49,35 faiz səs, Kılıçdaroğlu isə 45,00 faiz səs toplayıb.

Kılıçdaroğlu elektoratına müraciət edib: "Ümidinizi üzməyin"

Şəklin mənbəyi, DHA
Türkiyədə 14 may prezident seçkilərində ikinci nəticə göstərmiş və seçkilərin ikinci turuna keçmiş Kemal Kılıçdaroğlu seçicilərinə Tvitter hesabından müraciət edib.
"Əziz xalqım, dünəndən dayanmadan çalışırıq. Ümidinizi üzməyin", Kılıçdaroğlu seçikinin ikinci tura qaldığl barədə YSK sədrinin bəyanatından bir qədər əvvəl özünün Tvitter hesabında paylaşım edib.
Kılıçdaroğlu eləcə də bildrib ki, "Baş verənlərlə bağlı dəqiq qərarlarını" açıqlayacaq.
"Sonra ayağa qalxıb bu seçkiyə birlikdə girəcəyik. Hər şeyin sonunda yalnız millətimizin dediyi olacaq", Kemal Kılıçdaroğlu əlavə edib
Üçüncü namizəd Sinan Oğan kimi dəstəkləyəcəyinə "tezliklə" qərar verəcək

Şəklin mənbəyi, Getty Images
Türkiyədəki hər iki agentliyin məlumatına görə, prezident seçksində 5 faizə yaxın səs toplayan üçüncü namizəd Sinan Oğan bildirib ki, onun prezidentliyə namizədliyi səsvermənin gedişatını dəyişib.
Hələ rəsmi olmasa da, Recep Tayyib Erdoğan və Kemal Kılıçdaroğlunun əvvəlki açıqlamalarına istinadən Sinan Oğan ikinci turun keçirilə biləcəyini deyib.
Əgər bu təsdiqlənərsə, Oğan namizəd olmayacaq və onun öz tərafdarlarından kimi dəstəkləməyi istəməsi böyük fərq yarada bilər.
O, buna bir neçə gün ərzində qərar verəcəyini deyir.
"Mən alyansımdakı liderlərlə danışacam, önümüzdəki günlərdə gedib mənə səs verən insanlarla görüşəcəm. Bundan sonra biz öz qərarımızı verib vəzifəmizi yerinə yetirəcəyik", - o deyib.
AKP-nin parlament seçkilərində 28 mandat itirəcəyini gözlənilir

Şəklin mənbəyi, EPA
Türkiyəli seçicilər dünən təkcə yeni Prezidenti seçmək üçün deyil, parlamentdəki 600 yer üçün də səs veriblər.
Erdoğanın AK Partiyası (AKP) ən çox səs toplasa da, onun özü lideri kimi yaxşı nəticə göstərə bilmədi.
Səslərin 98,88 faizdən çoxu hesabanıb. Rəsmi Anadolu agentliyinin məlumatına görə, AKP səslərin 35%-ni alıb. Bu, AKP-nin ilk dəfə 2002-ci ildə səslərin 34,28 faizini topladığından bəri ən pis göstəricisidir.
O vaxtdan bəri partiya heç vaxt 40 faizdən aşağı səs toplamayıb.
Həmin vaxtdan bəri onların parlamentdəki yerlərinin sayının azaldığını da görm\k mümkündür.
2002-ci ildə AKP 363 mandat qazanıb. O vaxtdan bəri, hər seçkidə onların sayı azalsa da, partiyanın heç vaxt 300-dən az mandatı olmayıb.
2018-ci il seçkilərində bu rəqəm 295-ə enmişdi.
Bugünkü nəticələr 35 faiz səslə AKP-nin 28 mandatını itirərək 267 deputata sahib olacağını göstərir.
Amma daha üç partiya ilə ittifaqı sayəsində partiyanın daha 56 mandat qazanacağı gözlənilir. Bu, Erdoğan ittifaqına 323 yerlə parlamentdə çoxluq verəcək.
Hələ 2018-ci il seçkilərində onun alyansı 344 mandat qazanmışdı.
Əliyevdən təbrik zəngi
Prezident İlham Əliyev mayın 15-də Recep Tayyip Erdoğana zəng vurub.
O, Türkiyədə keçirilən Prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Erdoğanı və Cümhur İttifaqını təbrik edib.
"Recep Tayyib Eroğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib", - Azərtac xəbər verir ki, Prezident telefon danışığında bildirib.

Şəklin mənbəyi, Getty Images
Kılıçdaroğlu: "...bu seçkini ikinci turda mütləq qazanacağıq"
CHP sədri və Millət İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu bazar ertəsi günü səhərə yaxın Millət İttifaqının liderlərinin iştirakı ilə verdiyi açıqlamasında deyib ki, protokollar gəlməkdə davam edir və əgər seçki ikinci tura qalarsa, buna hazırdılar: "Erdoğan bütün böhtan və təhqirlərə rəğmən istədiyinə nail ola bilmədi. Bu seçkini ikinci turda mütləq qazanacağıq. Qarşıdakı 15 gündə millətimizə haqqı, qanunu, ədaləti gətirmək üçün əlimizdən gələni edəcəyik" - Millət İttifaqının namizədi bəyan edib. Kılıçdaroğlu "seçicilərin iştirak nisbətinin yüzdə 90-a yaxın olması və prosesin demokratik yetkinliklə davam etməsi də sevindirici haldır", deyə əlavə edib.
MSK məlumatların daxiledilməsində gecikmə olmadığını, müxalifətsə süni maneə yaradıldığını deyir.

Şəklin mənbəyi, AKP
Erdoğan: əgər seçki ikinci tura qalarsa...
Prezident Recep Tayyip Erdoğan Ankarada, AKP-nin mərkəzində çıxış edərək deyib ki, son nəticə bəlli olmasa da, o, öndədir.
O bildirib ki, "ilk turda bitib-bitmədiyini hələ bilmirik. Əgər ikinci tura qalsa, o da gözümüz üstə".
Cənab Erdoğan 50-dən yuxarı faizlə səsləri alacağına inandığını ifadə edib. Türkiyə Prezidenti xaricdən verilən səslərin sayımının hələ bitmədiyini də nəzərə çatdırıb.
Prezident seçkiləri ilə eyni vaxtda keçirilmiş Parlament seçkisinin səsləri də sayılmaqda davam edir, hələlik Cümhur İttifaqının irəlidə olduğu deyilir.
"Məclisimizdə çoxluğu Cümhur İttifaqına verən millətimizin prezident seçimində də güvən və istiqlal tərəfdarı olacağına şübhəmiz yoxdur", - o əlavə edib.
Cənab Erdoğan hələ nəticələrin tam açıqlanmadığı üçün yekun nəticənin olmamasına baxmayaraq, "balkon nitqi"ni söyləməyə qərar verdiyini açıqlayıb.
O, seçkiyə gedən "rekord sayda" seçiciyə də təşəkkür edib.
"Bütün siyasi həyatım boyunca millətin qərarına hörmət etdim, bundan sonra da hörmət edəcəm", - Prezident vurğulayıb.
Erdoğan səslərin hesablanmasının davam etdiyini və "milli iradənin təzahürünü gözlədiklərini" bildirib."Biz siyasi həyatımızda həmişə milli iradənin qərarına, yəni, sizin qərarınıza hörmətlə yanaşmışıq. Bu seçkidə də buna hörmətlə yanaşırıq. Növbəti seçkilərdə də buna hörmətlə yanaşacağıq. Hər kəsdən eyni demokratik gözləyirik", - Erdoğan söyləyib.
Prezident həmçinin müxalifəti "ictimaiyyəti çaşdırmaqda" ittiham edib.

Şəklin mənbəyi, Getty Images
"Süni əngəl"
Müxalifət hələ də səslərinin yüksək olduğu yerdə protokolların rəsmiləşdiriməsinə süni əngəl yaradılmasında səlahiyyətli şəxsləri ittiham edir.
Ankara bələdiyyə başqanı Mansur Yavaş keçirdiyi birifinqdə deyib ki, Ankarada bəzi yerlərdə səs sayımı 11 dəfə təkrarlanıb.
O, seçimin ikinci tura qalma ehtimalının yüksək olduğunu söyləyib.
Mansur Yavaş əllərindəki protokollara görə nəticələri belə sıralayıb: Kemal Kılıçdaroğlu 47,7 faiz, Recep Tayyib Erdoğan 45,8 faiz səs toplayıb.
Namizədlərdən heç biri ən azı 50 faiz səs toplaya bilməsə, mayın 28-də ikinci tur keçiriləcək.
Hələ hesablanmağa 14 milyondan çox səs qalıb.
Səsvermə hüququ olan Türkiyə vətəndaşlarının sayı 64 milyondan çoxdur.
Bu o deməkdir ki, 14 milyondan çox səs hələ hesablanmayıb - bu, ümumi səslərin təxminən üçdə biri deməkdir. Və bu səslər daha çox böyük şəhərlərdən gələcək.
Səslərin neçəsinin etibarsız olduğunu və neçə nəfərin səs vermədiyini bilmirik, lakin rəsmi açıqlamalara əsaslanaraq, seçici fəallığının rekord həddə olduğunu bilirik, seçkini Türkiyədə izləyən BBC müxbirləri yazıb.
Lakin ən böyük şəhərlərdə səslərin çoxu hələ hesablanmayıb.
Türkiyədə səslərin hesablanması davam edərkən, üç böyük şəhərin - İstanbul, Ankara və İzmirin səsləri seçkilərin nəticəsini dəyişə bilər.
İstanbulun 16 milyon əhalisi olduğu halda, paytaxt Ankara və qərbdəki İzmir şəhərinin cəmi 10 milyon əhalisi var və hər üçündə səslərin yalnız yarısı hesablanıb.
Hələlik İzmir və İstanbulda Kamal Kılıçdaroğlu irəlidə görünür, Ankarada isə Erdoğan az fərqlə öndədir.
İzmir müxalif CHP-nin qalasıdır və partiya 2015-ci il seçkilərindən sonra İstanbul və Ankarada dəstəyini kəskin şəkildə artırıb.
Ankara meri son brifinqdə deyib ki, bu üç böyük şəhərin nəticələri gələndə Kılıçdaroğlu qalib gələcək.
Parlament seçkilərində Anadolu agentliyinin açıqlamasına görə, Cümhur İttifaqı irəlidə gəlir.

İndi sual müsabiqənin ikinci tura keçib-keçməyəcəyidir
Jonny Dymondİstanbuldan yazır
Bütün gecə gedişin istiqaməti bəlli idi: prezidentlə rəqibi arasındakı boşluq daralmağa başladı, Recep Tayyip Erdoğanın üstünlüyü daha çox bülleten sayıldıqca azalmağa başladı.
Gecə tərəflərin lider olduqlarına dair bəyanatları ilə yadda qaldı. Xüsusilə müxalifət öz müşahidəçilərini seçki məntəqələrində saxlamağa can atır, onlar olmadan kobud oyun ola biləcəyindən narahatlığını dilə gətirdi.
İndi əsas sual bu müsabiqənin ikinci tura keçib-keçməyəcəyidir. Prezidentin səs payı ilk turda qələbə üçün hədəf olan 50 faizdən aşağı düşüb.
Rəqib Kamal Kılıçdaroğlunun səs faizlərində payı artıb. Hələ sayılacaq milyonlarla səs var. Onun partiyası öz liderinin qələbəsində israrlıdır.
Lakin üçüncü namizəd hər iki tərəfdən birinci turda qalib gəlmək üçün lazım olan səsləri oğurlaya bilər.
Prezident və rəqib ikinci turda qələbə üçün mübarizə apararkən, Türkiyədə iki həftə qeyri-sabitlik hökm sürəcək.

Kılıçdaroğlu: "Hər səs sayılana qədər burdayıq"

Şəklin mənbəyi, CHP
Müxalifət lideri Kamal Kılıçdaroğlu bu axşam səslərin hesablanması başa çatmaq üzrə olduğu bir vaxtda ilk dəfə kameralar qarşısına keçib.
O, qısa çıxışında deyib ki, hakim AKP Kılıçdaroğlunun daha çox səs topladığı məntəqələrdə nəticələrin rəsmiləşdirilməsinə əngəl törədir:
"Millətin iradəsinə mane olmayın. Qoy nəticələr çıxsın və nəticələri hamı bilsin. Ölkənin qeyri-sabitliyə daha səbri qalmayıb. Siz manipulyasiya ilə vəziyyəti idarə edə bilməzsiniz, xalqın iradəsindən qorxmayın".
Kamal Kılıçdaroğlu deyib ki, onlar hər bir səs sayılana qədər burdadırlar.
Erdoğanın İstanbuldan ayrıldığı bildirilir

Şəklin mənbəyi, AK Parti/Twitter
İstanbulda nəticələri izləyən prezident Rəcəb Tayyib Ərdoğan şəhərdəki evindən çıxarkən onu gözləyən kütləyə əl edib.
O, maşınına əyləşərək paytaxt Ankaraya yollanıb.
Erdoğan İstanbulda səs vermək üçün qeydiyyatdan keçib, ona görə də o, həmişə burda səs verir, bir neçə saat orada seçkilərin nəticələrini izləyir, sonra isə partiyasının yüksək vəzifəli şəxsləri ilə görüşmək üçün gecə yarısı Ankaraya gedir.
O, daha sonra qələbə halında AKP Ümumi Mərkəzindən çıxış edir.
Erdoğanın "balkon nitqi"nin olub-olmayacağı hələlik bəlli deyil.

Jonny Dymondİstanbuldan yazır
Həm iqtidarda olan Ədalət və İnkişaf Partiyası, həm də müxalifət öndə olduqlarını deyir. Onların hər ikisi haqlı ola bilməz. Ancaq bir mənada, bu, o qədər də vacib deyil - hələ hesablanacaq çoxlu səs var və bu günə qədər hesablanmış səslər ümumi səslərin ədalətli təmsilçisi olmaya bilər.
Bəs, niyə iddia və əks iddia var?
Hər iki tərəf bu yaxınlarda seçkilərin hesablanmasına etiraz edilən bir ölkədə hekayəni saxlamaq istəyir - ya da rəqəmlərin hesabatı hakim partiyanın əleyhinə getdikdə sadəcə dayandı.
Müxalifət isə əmin olmaq istəyir ki, müşahidəçiləri seçki məntəqələrində qalıb, səslərin sayına nəzarət etsin - əgər onlar gecənin itirildiyini düşünürlərsə, uzaqlaşmaq həvəsinə düşə bilərlər.
Müxalifət sözçülərinin bədən dili olduqca rahat və kifayət qədər inamlıdır. Ya yaxşı aktyordurlar, ya da Kamal Kılıçdaroğlunun qələbənin bir addımlığında olduğuna inanırlar.


Şəklin mənbəyi, Getty Images
Receb Tayyip Erdoğan paylaşdığı tvitdə bildirib ki, 14 May seçkilərinin "böyük bir demokratiya ziyafəti şəklində sülh və əmin-amanlıq içində keçməsi Türkiyəmizin demokratik yetkinliyinin" ifadəsidir.
"Seçki belə müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir", - o deyib.
"Biz sevinirik ki, xalqımızın rəğbəti davam edən səslərin sayılmasında öz əksini tapır", - Erdoğan tərəfdarlarını nəticələr rəsmən yekunlaşana qədər seçki məntəqəsindən ayrılmamağa çağırıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 2
Kamal Kılıçdaroğlu yazdığı tvitində müşahidəçiləri və seçki komissiya üzvlərini seçki məntəqəsindən ayrılmamağı vurğulayıb:
"60 faizlə başlayan uydurma indi 50-dən aşağı düşüb. Seçki bülleteni müşahidəçiləri və seçki komissiyasının əməkdaşları heç vaxt öz yerlərini tərk etməməlidirlər. Bu gecə yatmayacağıq, ey xalqım. MSK-nı xəbərdar edirəm, əyalətdə məlumat daxilolmasını təmin etmək məcburiyyətindəsiniz".
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 3
AKP sözçüsü: "Erdoğan irəlidədir"
AKP-nin sözçüsü Ömər Çelik əlavə təfərrüat vermədən bugünki seçkilərdə fəallığın rekord səviyyədə olduğunu deyir.
O bildirib ki, səslərin hesablanması şəffaflıqla davam edir: "İndi etməli olduğumuz şey nəticələri gözləməkdir. Müxalifət sözçüsü nəticələri təhrif etməkdə ştatın rəsmi xəbər agentliyini günahlandırır. Bu, milli suverenliyə məhəl qoymamaqdır".
Ömər Çelik əlavə edib: "Prezident Erdoğan irəlidədir və hamı buna hörmət etməlidir".
Yavaş və İmamoğlu ilk nəticələri açıqlayıblar
Ankara və İstanbul bələdiyyə başkanları Mansur Yavaş və Ekrem İmamoğlu keçirdikləri brifinqdə bildiriblər ki, 24 faizə yaxın səsvermə qutusu açılıb və burdakı nəticəyə görə Kamal Kılıcdaroğlu irəlidədir.

Jonny Dymond İstanbuldan yazır
"Biz irəlidəyik", müxalifət lideri Kılıçdaroğlu yazıb.
Müxalifətin namizədi Kamal Kılıçdaroğlu Twitter hesabında bir kəlmə "öndəyiz" - "biz liderlik edirik" yazıb.
Kimin irəlidə olduğuna dair iddia və əks iddia var.
Bu seçkinin milyonlarla türk üçün nə qədər əhəmiyyətli olduğunu təsvir etmək çətindir; çoxları demokratiyanın özünün seçki bülletenində olduğunu düşünür.
Prezident Erdoğanın bəzi opponentləri hesab edir ki, əgər, o, daha bir müddətə seçilərsə, bu, Türkiyədə son seçki ola bilər, bu, avtoritar idarəçiliyə doğru sürüklənmədir.
Nəticələr irəlilədikcə, əsəblər gərginləşəcək.


Cümhuriyyət Xalq Partiyasının sözçüsü və sədr müavini Faik Öztrak səsvermənin açıqlanmış ilkin nəticələri ilə bağlı açıqlama verib.
Seçkidə iştirak nisbətinin rekord səviyyədə olmasını bildirən Öztrak "Anadolu Agentliyi də ənənəvi manipulyasiyalarını son dəfə edir" deyib.
Müşahidəçilərin səhərə qədər seçki qutusunun yanından ayrılmayacaqlarını vurğulayan Öztrak "İndiyə qədər aldığımız nəticələrə görə, mənzərəni müsbət görürük.
Vətəndaşlarımızdan verəcəyimiz bəyanatları izləmələrini xahiş edirik. Açılan seçki qutularının sayı qənaətbəxş həddə çatanda rəqəmləri açıqlamağa başlayacağıq".
Mürəkkəb ləkəli bülletenlər etibarlı hesab olunub
Türkiyə Mərkəzi Seçki Komissiyası Recep Tayyip Erdoğanın şəklinin arxasına vurulan möhürün digər tərəfdən göründüyü bülletenlərin etibarlı olduğuna qərar verib. Az öncə Türkiyə MSK-sı bununla bağlı xeyli müraciətlər aldığını açıqlamışdı.
Türkiyə İşçi Partiyası (TİP) başda olmaqla bəzi partiyalar bəzi seçki qutularında seçki komissiyasının möhürünün seçki bülletenlərinin ön tərəfinə vurulduğunu bildiriblər, eləcə də bəzi bülletenlərdə arxa tərəfə vurulmuş möhürün mürəkkəbi bülletenlərin üz tərəfinə keçib.
YSK müraciətlər araşdırıldıqdan sonra bu bülletenlərin etibarlılığına qərar verib.

Şəklin mənbəyi, Kemal Soğukdere/BBC
Türkiyə Mərkəzi Seçki Komissiyasının rəhbəri Ahmet Yener "indiyədək quruma hər hansı pozuntu ilə bağlı məlumat" daxil olmadığını açıqlayıb.
"14 may 2023-cü il bazar günü keçirilən prezident seçkiləri və 28-ci çağırış parlament seçkilərinə yekun vurulub. İdarə Heyətimizə indiyədək heç bir mənfi hal məlum olmayıb. Ölkə daxilində səsvermə zamanı bir partiya müşahidəçisi və 2 vətəndaşım infarkt keçirərək vəfat edib", - qurum rəhbəri deyib.
Türkiyə Mərkəzi Seçki Komissiyasının qərargahına gedən bütün yollar avtomobil və piyadaların hərəkətinə bağlanıb.
Mətbuat mənsubları da keçid məntəqələrindən keçirilərək MSK-nın binasının qarşısına aparılıb.
Recep Tayyip Erdoğan seçki bitdikdən sonra müşahidəçiləri seçki bülletenlərinin olduğu qutulara "sahib çıxmağa" çağırıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 4
Seçkilərdə Erdoğanın əsas rəqibi hesab olunan Kılıçdaroğlu da müşahidəçilərdən qutuların yanından "nə olursa olsun" ayrılmamağı istəyib.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X, 5
Erdoğanvə Kılıçdaroğlu seçki nəticələrini Ankaradan izləyəcəklər
Prezidentlik uğrunda yarışda əsas rəqiblər sayılan AKP sədri və Cumhur İttifakı birliyinin prezidentliyə namizədi Recep Tayyip Erdoğan İstanbulda, CHP sədri, Millət İttifaqı Birliyinin prezidentliyə namizədi Kemal Kılıçdaroğlu isə Ankarada səs veriblər.
Erdoğan və Kılıçdaroğlu seçkinin nəticələrini Ankaradan izləyəcəklər.
Bazar günü Türkiyədə həm ölkə prezidenti, həm də millət vəkilləri seçilib. Seçki məntəqələri Türkiyə vaxtı ilə saat 08:00-da açılıb və saat 17:00-da bağlanıb.
Ölkə üzrə 1094 dairə seçki komissiyasında 191 mindən çox seçki məntəqəsi fəaliyyət göstərir. Ölkə daxilində 60 milyon 700 minə yaxın seçici qeydə alınıb.

Şəklin mənbəyi, Getty Images
Prezidentlik uğrunda üç namizəd yarışır
Parlament seçkilərində iştirak edən bəzi partiyalar 4 seçki blokunda birləşərək ittifaq yaradıblar: Sosialist Güc Birliyi İttifaqı (TKP, TKH, Sol Partiya), Cumhur İttifaqı (BBP, AKP, YRP, MHP. HÜDA-PAR), Əmək və Azadlıq İttifaqı (YSP, TİP), Millət İttifaqı (CHP, İYİ Partiya. Demokrat, Gələcək, DEVA və Səadət partiyaları)
Şənbə günü saat 18:00-dan başlayaraq təbliğat 24 saat ərzində qadağan edilib. Təbliğat məzmunlu xəbərlər və yayımlar bazar günü seçki məntəqələri bağlanana qədər qadağa altında olacaq.
Bazar günü saat 18.00-a qədər proqnoz vermək və seçki nəticələrini şərh etmək qadağan edilir.
Prezidentlik uğrunda rəqabət

Şəklin mənbəyi, GETTY IMAGES, DHA
Prezident postu uğrunda üç namizəd - hazırkı Prezident Recep Tayyip Erdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparıblar.
Dördüncü namizəd - Məmləkət Partiyasının sədri Muharrem İnce seçkilərə üç gün qalmış namizədliyini geri götürüb. Yüksək Seçim Qurumu isə (Türkiyənin Mərkəzi Sseçki Komissiyası) bildirib ki, İnceye verilən səslər etibarlı sayılacaq.
Prezidentlik uğrunda yarışan namizədlərdən biri səslərin 50 faizini yığarsa, birbaşa prezident seçiləcək.
Səslərin yarısı heç kim tərəfindən yığılmasa seçkilərin ikinci turu keçiriləcək.
Türkiyədə prezidentlik vəzifəsinin icrası müddəti 5 ildir.
Bunları da oxuyun:






