You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Şəkillər: Türkiyə və Suriyada baş verən güclü zəlzələdən sonra xilasetmə işləri aparılır
Türkiyənin cənub-şərqində, Suriya sərhədi yaxınlığında baş verən güclü zəlzələ nəticəsində 1000-dən çox insan ölüb, 5000-dən çox insan yaralanıb.
7,8 bal gücündə zəlzələ bazar ertəsi səhər saatlarında insanlar yuxuda olarkən baş verib və o vaxtdan bəri onlarla yeraltı təkanlar hiss olunub.
7,5 bal gücündə ikinci zəlzələ episentri Kahramanmaraş şəhəri yaxınlığında olmaqla Türkiyənin cənub-şərqində baş verib.
Səhər tezdən zəlzələ zamanı yaralananlar Suriyanın üsyançıların nəzarətində olan Türkiyəyə Bab əl-Hava keçid məntəqəsinin yaxınlığındakı xəstəxanada müalicə alırlar.
Hər iki ölkədə yüzlərlə binanın dağılmasından sonra xilasedicilər dağıntılar altında qalan insanları xilas etməyə tələsir.
Xilasedicilər üç yaşlı qızı uçmuş binanın dağıntıları altından çıxardıqdan sonra təcili yardım maşınına aparırlar. Türkiyə Prezidenti Recep Tayyip Erdoğan zəlzələdən zərər çəkmiş bölgələrə dərhal axtarış-xilasetmə qruplarının göndərildiyini bildirib.
Zəlzələdən heyvanlar da təsirlənib.
Episentri Türkiyənin Qaziantep şəhəri yaxınlığında olan zəlzələnin gücünü Türkiyə, Suriya, Livan, Kipr və İsraildə milyonlarla insan hiss edib.
Qaziantepin şimal-şərqində yerləşən Diyarbəkırda (yuxarıdakı şəkildə) çox sayda insan dağıntılar altında qalıb.
Türkiyədə Adana şəhərinin Çukurova rayonunda bir binanın dağıntıları arasında aparılan axtarış-xilasetmə əməliyyatının havadan görünüşü.
Türkiyənin Gaziantep bölgəsinin şimal-şərqində yerləşən Malatya şəhərində dağıdılmış binanın altında qalaraq əzilmiş avtomobillər.
Yardım göstərməyə hazır olduqlarını bildirən İsrail və ABŞ da daxil olmaqla dünyanın hər yerindən kömək təklif olunur.
Suriyanın şimalında, Həma şəhərində zəlzələ nəticəsində bir sıra bina uçub.
Türkiyə və Suriya rəsmilərinin açıqlamalarında ölənlərin sayının 1000-dən çox olduğu bildirilir, lakin bu rəqəmin artacağı ehtimal edilir.