Rusiyanın Ukraynanın əsas şəhərlərinə hücumu davam edib

Şəklin mənbəyi, Reuters
Rusiyanın Ukraynanın əsas şəhərlərinə - Kiyev, Xarkov və Xersona hücumu davam edir.
Xarkovda bələdiyyə binası raketlə vurulub, yerli rəsmilər bildirib.
Rusiya sərhədindən təxminən 50 km məsafədə yerləşən Xarkov son iki gün ərzində güclü atəşə məruz qalır.
Rusiya desantının Xarkova daxil olmasının ardınca şəhərdə küçə döyüşlərinin getdiyi barədə məlumatlar yayılır.
Xarkovun bombardımanından sonra indiyədək bu şəhərdə azı 21 nəfərin öldüyü, 112 nəfərinsə yaralandığı açıqlanıb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu X
Şəhərdə regional polis binasına raket atıldığı da bildirilir.
Bu gün səhər Ukrayna hərbçiləri rusiyalı desantların Xarkova enişini təsdiqləyib. Döyüşlərin bu günə qədər davam etdiyi və hərbi hospitala hücum olduğu bildirilir.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram, 1
Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin başlamasından indiyədək 2000-dən çox dinc sakin həlak olub, Ukrayna hökuməti bildirib.
Fövqəladə Hallar Xidmətinin məlumatına görə, 10 xilasedici də həlak olub.
"Yeddi günlük müharibə ərzində Rusiya yüzlərlə nəqliyyat qovşağını, yaşayış məntəqələrini, xəstəxanalar və uşaq bağçalarını dağıdıb", qurum bildirib.
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram, 2
Rusiya ordusu Xerson şəhərindədir
Bundan başqa, yerli rəsmilər rus qoşunlarının cənubdakı nisbətən kiçik Xerson şəhərini ələ keçirdiyini açıqlayıb. Xersonda vəziyyətin necə olduğu dəqiq bəlli deyil, lakin yerli məlumatlara görə, rus ordusu küçələrdədir.
BBC Rusca Xidmətinin məlumatına görə, şəhərin meri İqor Kolixayev yerli radioya bildirib ki, Rusiya qüvvələri çərşənbə axşamı gecə şəhərin dəmir yolu vağzalını və limanını ələ keçirib.
"Hazırda döyüşlər gedir, şəhərimizin işğalı davam edir", - Kolixayev deyib.

Şəklin mənbəyi, Reuters
Onun sözlərinə görə, Ukrayna əsgərləri və mülki şəxslər də daxil olmaqla, çoxlu insan həlak olub və hökumət rəsmiləri indi insanların sığınacaqlardan çıxmasını və ya sığınacaqlarda yerləşməsini təmin etməyə çalışırlar.
Təxminən 300 min əhalisi olan Xerson Nikolayev və Yeni Kaxovka arasında yerləşir.
Rusiyanın indiyədək ən güclü hərbi irəliləyişi cənubda olub. Onun Krımdan gələn qüvvələri Odessa və Nikolayev də daxil olmaqla Ukraynanın bir sıra şəhərlərini hədəf alıb.Nikolayev şəhərinin rəsmiləri son bir saatda şəhərin hələ də Ukraynanın əlində olduğunu bəyan ediblər.
Rusiya konvoyu Kiyev yaxınlığındadır
Rusiya zirehli texnikasının 65 km uzanan konvoyu paytaxtı Kiyevdən təxminən 25 km məsafədə yerləşir.

BBC müxbiri James Waterhouse Kiyevdən yazır:
Hazırda [2 mart səhəri - red.] Kiyevdə vəziyyət o qədər sakitdir ki, əsən mehin səsini belə eşidə bilərsiniz.
Hava hücumu yenidən başlasa da gecə nisbətən sakit oldu. Bu səhər şəhərin mərkəzində elə sakitlikdir ki, hətta binaların arasından əsən küləyin səsini eşidə bilərsiniz.
Müqəddəs Sofiya katedralında günorta saatlarında şəhərin hər yerində kilsə rəhbərləri tərəfindən təşkil edilən bir ibadət var, əsl müqavimət göstəricisidir.
Prezident Zelenski çıxışında deyib ki, Ukraynan son 7 gündə müstəqillik əldə etdikdən sonrakı 30 ildə olduğundan daha çox birləşib.
O, televiziya və radio qülləsini hədəfə alan, əslində isə görkəmli Holokost abidəsini vuran raket zərbəsi haqqında danışıb.
Zelenski yəhudidir və o, Vladimir Putini onun özünü, xalqını və ölkəsinin tarixini silməyə çalışmaqda ittiham edib.
Ancaq Xarkovda gördüklərimizi və rus qoşunlarının cənuba doğru irəlilədiyini nəzərə alsaq, burada çox narahat sakitlik hökm sürür.
Hələliksə vəziyyət bu şəkildə qalmağa davam etdikcə, Ukrayna, Xerson istisna olmaqla, əsas şəhərləri hələ də əlində saxlasa da, getdikcə daha çox irəliləyən Rusiya qüvvələri ilə əhatə olunur.
Sabah Rusiya-Ukrayna danışıqları gözlənilir
Cümə axşamı günü Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının növbəti raundu gözlənilir, rusiyalı rəsmilər bildirir.
Polşa-Belarus sərhəddində atəşkəs məsələsi müzakirə olunmalıdır.
Danışıqlarda Moskvanın nümayəndəsi Vladimir Medinski deyib ki, Ukrayna nümayəndə heyəti paytaxt Kiyevi tərk edib və Rusiya qoşunları onlar üçün təhlükəsizlik dəhlizini təmin edirlər.
Rusiyanın xarici işlər nazirinə əsasən, Moskva Ukraynanın "demilitarizasiyası" ideasına sadiq qalır və Ukrayna ərazisində yerləşdirilməsinə icazə verilməyən silahların siyahısı olmalıdır.
Sergey Lavrov həmçinin əlavə edib ki, Moskva Ukrayna xalqının öz liderini seçmək hüququnu tanıyır və Volodimir Zelenski legitim prezident kimi qəbul edilir.
BMT ölən mülki şəxslərin sayını açıqlayıb
Bu məqalədə Instagram məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Instagram kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu Instagram, 3

Şəklin mənbəyi, Bloomberg
"Putin yanıldı. Biz hazır idik"
ABŞ Prezidenti Joe Biden xalqa müraciətində Rusiyanı növbəti iqtisadi sanksiyaların gözlədiyini açıqlayıb.
Biden Rusiya Prezidenti Vladimir Putinin Rusiyanın Ukraynaya təcavüzünə Qərbin mümkün reaksiyasını kobud şəkildə hesaba almadığını deyib.
"Putinin müharibəsi düşünülmüş və səbəbsiz idi. O, təkrarlanan diplomatik səyləri rədd etdi... O, Qərbin və NATO-nun cavab verməyəcəyini düşünürdü. Və o bizi parçalaya biləcəyini düşünürdü... Putin yanıldı. Biz hazır idik", - Joe Biden deyib.
ABŞ Prezidenti, həmçinin rusiyalı oliqarxların aktivlərinə "əl qoyulacağını" da dilə gətirib.

Bu gecə Ukraynada gedən hadisələr ətrafında nələr olub?
Bundan başqa, Prezidenti Joe Biden Rusiya təyyarələrinin ABŞ səmasında uçmasını qadağan edib.
Biden, həmçinin çıxışında "Putin Kiyevi tanklarla əhatəyə ala bilər, lakin qətiyyən Ukrayna xalqının ürəyini və ruhunu qazana bilməyəcək" deyib.
Ukraynanın ABŞ-dakı səfirinin nitqi isə ayaqüstü alqışlanıb. Oksana Makarova Rusiyanın döyüşdə qadağan olunmuş vakkum silahlarından istifadə etməsi də daxil olmaqla bu həftə Amerika deputatlarına vacib məlumatları çatdırıb.
BMT bildirir ki, indiyədək 600 mindən çox şəxs Ukraynadan qaçqın düşüb.
Bundan başqa, bir çox qərb şirkətləri də Rusiyadan çəkilməyə, bu ölkədəki ofislərini bağlamağa və ya fəaliyyətlərini minimuma endirməyə başlayıb.
Böyük Britaniyanın sanksiyaları artıracağını bildirdiyi Belarus isə Ukraynanın şimal sərhədindəki qüvvələrini iki dəfə artırıb. Şimaldakı rus qoşunları Kiyevə doğru hərəkət etmək üçün təlimatlandırılıb.
Böyük Britaniyanın Rusiyanın Ukraynaya müdaxiləsindəki roluna görə Belarusa qarşı tətbiq etdiyi sanksiyaların ilk dalğası Belarus ordu komandirlərini hədəfə alıb.









