Xaricdə yaşayan 2 azərbaycanlı və 2 erməni : "Nifrətin nəticəsi sülh ola bilməz"

Video açılmırsa, YouTube-dan izləyin.

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildən, yəni 32 ildir davam edir.

1994-cü ildə tərəflər arasında atəşkəs elan edilsə də, mütəmadi olaraq atışmalar, münaqişələr davam edir.

Bunun nəticəsində hər iki tərəfdən həm hərbçilər, həm də mülki şəxslər həlak olur.

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində başlayan döyüşlərdən sonra dünyanın bir neçə ölkəsində azərbaycanlı və erməni icmaları arasında qarşıdurmalar, hətta əlbəyaxa davalar oldu.

Sosial mediada bununla əlaqəli bir çox videolar yayıldı, müzakirələr getdi.

Azərbaycanda çoxları düşünür ki, Qarabağ münaqişəsinin yeganə həlli müharibədir.

Amma hər iki ölkədə sülh tərəfdarları da var.

Hər iki ölkənin nümayəndələri dünyanın müxtəlif ölkələrində məskunlaşıblar.

Onların bir çoxu bəzən eyni işdə və ya eyni ərazidə yaşayırlar.

Bəs bu qarşıdurmalar onlara necə təsir edir?