"Yuxuda özümü həmişə Gəncədə görürəm", Ermənistana qaçmış Qrişa Oqanezov "Birlikdə Yaşamaq" layihəmizdə

Video açılmırsa, YouTube kanalımızda izləyə bilərsiniz.

Ermənistanla Azərbaycan arasında münaqişə başlayandan sonra Qrişa Oqanezov həmin vaxt Kirovabad adlanan doğma şəhəri Gəncəni tərk edərək Ermənistana köçüb.

"Birlikdə yaşamaq" verilişində Vüsal Həmzəyevin qonağı olan Qrişa Oqanezov Gəncədə münaqişədən sonrakı həyat, erməni sakinlərə qarşı münasibət və Azərbaycanı necə tərk etdiyi barədə danışır.

BBC News Azərbaycancanın "Birlikdə yaşamaq" verilişində münaqişə nəticəsində Azərbaycan və Ermənistanı tərk etmiş şəxslər öz hekayələrini bölüşürlər.