You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Qırğızıstanda nə baş verir?
Qırğızıstanda ötən gecə keçmiş prezident Almazbek Atambayevin həbsi cəhdi uğursuzluqla nəticələnib.
Xüsusi qüvvələr Atambayevin evinə girmək istəyəndə məlum olub ki, keçmiş prezident silahlıdır.
Atambayevin tərəfdarları onu qorumaq üçün silahlanaraq, bir təhlikəsizlik işçisini öldürüb, digər altısını isə girov götürüb.
Atambayevi niyə tutmaq istəyirlər?
Atambayev korrupsiyada ittiham olunur. Parlament iyun ayında onun immunitetini ləğv edib. Onun özü hesab edir ki, ona qarşı ittihamlar siyasi motivlidir və hazırkı prezident Sooranbay Jerenbekovun sifarişiylə irəli sürülüb.
Hadisələrin səbəbi nədir?
Qırğızıstan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra iki prezident kütləvi etirazlar nəticəsində devrilib.
Ancaq Atanbayevdən Jerenbekova hakimiyyət 2017-ci ildə dinc yolla keçmişdi. Onlar əvvəlcə müttəfiq iddilər, sonra isə münasibətləri pisləşdi. Müşahidəçilər deyir ki, Jerenbekovun Atambayevin adamlarını hakimiyyətdən uzaqlaşdırması münasibətləri daha da korlayıb.
Atambayev ötən ay Prezident Vladimir Putinlə danışmaq üçün Moskvaya getmişdi. Amma Putin Jerenbekova dəstəyini elan etdi və ölkəni hazırkı prezidentin ətrafında birləşməyə çağırdı.
Rusiya nə deyir?
Rusiyanın Bişkekdəki səfirliyi hadisələri "ölkənin daxili işi" adlandırıb. Kremlin mətbuat xidməti bildirib ki, Prezident Putin Atambayevlə bağlı hadisələr haqqında məlumatlandırılıb.