You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiyada etirazlar: Moskvada etiraz aksiyasının mindən çox iştirakçısı saxlanılıb
Rusiya paytaxtında şənbə günü keçirilmiş etiraz yürüşünün Moskva polisi tərəfindən dağıdılması zamanı 1000-dən çox iştirakçı saxlanılıb.
Moskva meriyası binası qarşısında keçirilən aksiyanı dağıdarkən polis əməkdaşları etirazçılara qarşı dəyənəklərdən istifadə ediblər.
Aksiya iştirakçıları müxalifətçi namizədlərin seçki bülletenlərindən çıxarılması əleyhinə etiraz bildirmək üçün yürüşdə iştirak ediblər.
Müxalifət hesab edir ki, namizədlərinin seçki bülletenlərindən çıxarılması siyasi motivlərə görə edilib.
Sentyabrın 8-də keçiriləcək Moskva şəhər dumasına seçkilərdə iştirak etmək üçün namizədliklərini irəli sürən bəzi müxalifətçi fəallar bundan bir qədər əvvəl həbs olunublar.
Rəsmilər təxminənn 30 namizədin adını bülletenlərdən çıxararaq bildiriblər ki, həmin namizədlər qeydiyyatdan keçmək üçün tələb olunan sayda imza toplaya bilməyiblər.
Rəsmilər ötən gün Moskvada keçirilmiş icazəsiz yürüşdə 1074 nəfərəin həbs olunduğunu bildiriblər, müşahidəçilər 1127 nəfərin saxlandığını bəyan ediblər.
Moskva meri Sergey Sobyanin aksiya iştirakçılarını "təhlükəsizliyə təhdid" adlandıraraq ictimai asayişin qorunacağını vurğulayıb.
Prezident Vladimir Putinin sərt tənqidçisi olan müxalifət lideri Aleksey Navalnı icazəsiz aksiyada iştirak etmək çağırışlarına görə çərşənbə günü 30 sutkalıq müddətə həbsə olunub.
Xüsusi təyinatlı polis əməkdaşları Moskva meriyası binası qarşısına toplanmış etirazçı kütləsini dağıdaraq saxlanılanları polis məntəqələrinə aparıb.
Etirazçılar arasında yaralananlar olub, təhlükəsizlik qüvvələri əməkdaşlarından isə azı iki nəfər gözyaşardıcı qazın təsirindən göz zədəsi alıbılar.