Türkiyədə seçkilər: Kimlər qalib gələcək?

Şəklin mənbəyi, AFP
Türkiyədə bu gün keçirilən seçkilərdə prezident Erdoğanın ikinci prezidentlik müddətinə seçilib-seçilməyəcəyi və Türkiyə parlamentində kimlərin oturacağı müəyyən edilməlidir.
Türkiyədə prezidentlik vəzfəsinin icrası müddəti 5 ilə çəkir.
Seçki məntəqələri yerli vaxtla saat 08:00-də (09:00 Bakı vaxtı) açılıb.
Səsvermə prezident və parlament seçkiləri çərçivəsində aparılır.
Cənab Erdoğan qalib gələcəyi halda onun növbəti prezidentlik müddəti bu vəzifədə daha geniş səlahiyyətlərlə həyata keçiriləcək.
Onun tənqidçiləri hesab edirlər ki, bu halda ölkədə demoktarik idarəçilik sistemi zəifləyəcək.
Cənab Erdoğanın əsas rəqibi ana müxalifət partiyası olan Respublikaçı Xalq Partiyasının (CHP) namizədi, mərkəz-solçu namizəd Muharrem İncedir.
Türkiyədə 2016-cı ilin iyulunda qarşısı alınmış dövlət çevrilişi cəhdindən sonra elan olunmuş Fövqəladə Vəziyyət rejimi davam etməkdədir.
Indi keçirilən seçkilər 2019-cu ilin noyabr ayında keçirilməli idi, lakin cənab Erdoğan həmin seçkiləri qabağa çəkib.
Şənbə günü cənab Erdoganın və onun əsas rəqibi Muharrem İncenin tərəfdarları izdihamlı nümayişlər keçiriblər.
Cənab İnce öz seçki kampaniyası ilə məyuslaşmış müxalifəti canlandıraraq, söz verib ki, İncenin sözləri ilə deyildiyi kimi, cənab Erdoğanın "avtoritarlığa keçən idarəçilik üsuluna" qarşı tədbirlər görəcək.
"Erdogan qalib gəlsə, telefonlarınızın dinlənilməsi davam etdiriləcək... Qorxu hissi hakim olmaqda davam edəcək", - İstanbulda keçirilmiş izdihamlı mitinqdə İnce bəyan edib. Onun sözlərinə görə, "İnce udsa, məhkəmələr müstəqil olacaq".

Şəklin mənbəyi, AFP/Getty Images
Cənab Ince deyib ki, seçiləcəyi təqdirdə 48 saat ərzində Türkiyədə Fövqəladə Vəziyyət rejimini ləğv edəcək.
Şənbə günü öz tərəfdarları qarşısında çıxış edən və prezidentlik dövründən əvvəl 11 il ərzində baş nazir olmuş cənab Erdoğan əldə ediləcəyinə ümid bəslədiyi nəticəni acıqverici metaforla ifadə edərək, tərədarlarana belə bir sualla müraciət edib: "Onlara sabah Osmanlı şilləsi vuracaqsınızmı?"
Prezident Erdoğan keçmişdə müəllimlik etmiş və 16 il millət vəkili olmuş cənab Inceni rəhbərlik etməyə bacarıq çatışmazlığında ittiham edib.
"Fizika müəllimi olmaq bir şeydir, ölkəni idarə etmək isə tamam başqa bir şeydir", - Erdoğan deyib. - Prezident olmaq üçün təcrübən olmalıdır".

Şəklin mənbəyi, Getty Images
Erdoğan tərəfdarları qarşısında çıxış edərək bildirib ki, iqtisadi inkişafı gücləndirmək üçün irimiqyaslı infrastruktur layihələr həyata keçirməyi planlaşdırır.

Təhlil: Türkiyənin qüdrətli prezidentinin həlledici gün
Mark Lowen, BBC-nin Türkiyəmüxbiri
Bu mühüm ölkə öz müasir tarixində heç zaman bu dərəcədə parçalanmış təsiri bağışlamamışdı. Və Recep Tayyip Erdogan heç zaman belə ciddi seçki rəqabəti ilə qarşılaşmamışdı.
Atatürkdən sonra Türkiyənin ən qüdrətli rəhbəri seçkini qazanacağı təqdirdə, baş nazir vəzifəsini yığışdıraraq və parlamenti zəiflədərək qüdrətini daha da gücləndirəcək.
Lakin prezident seçkilərində o, səslərin 50 faizini yığ bilməsə təkrar seçkidə çox güman ki, müxalifətin seçki kampaniyasını canlandıran mərkəz-solçu namizəd Muharrem Ince ilə yarışmalı olacaq.
Parlament seçkisində birləşmiş müxalifət cənab Erdoğanı parlamentdəki çoxluqdan məhrum etmək istəyir.
Tərəfdarı tərəfindən sitayiş, əleyhdarları tərəfindən nifrət edilən prezident Erdogan üçün bu gün həlliedici gündür.
Bu günün nə ilə bitəcəyini heç kim deyə bilməz.

Bazar günü Türkiyədə həm ölkə prezidenti, həm də millət vəkilləri seçilir.
Səsvermədə iştirak etmək üçün Türkiyənin təxminən 60 milyon seçicisinin səs vermək hüququ var.
Prezidentlik uğrunda 6 namizəd yarışır, onlardan biri səslərin 50 faizini yığarsa, birbaşa prezident seçiləcək.
Səslərin yarısı heç kim tərəfindən yığılmasa iyulun 8-də təkrar seçkilər keçiriləcək.
Parlament seçkilərində prezidentin AK partiyası (AKP) 600 yerlik Məclisdə malik olduğu çoxluğu qorumaq üçün ciddi rəqabətlə qarşılaşacaq.
Bu seçkidə hökümət koalisiyası müxalifət partiyalarının alyansı ilə qarşılaşır.
Kürdpərəst Xalq Demokratik Partiyasının (HDP) göstərdiyi nəticə həlledici ola bilər.
Bu partiya parlamentdə təmsil olunmaq üçün 10 faizlik səs baryerini aşarsa, o zaman AKP üçün parlamentdə çoxluğunu qoruyub saxlamaq çətin olacaq.
Terror ittihamlarına görə hazırda həbsdə saxlanılan HDP-dən prezidentliyə namizəd Selahattin Demirtas ona qarşı irəlü sürülmüş həmin ittihamları qətiyyətlə rədd edir.
Seçki gündəliyinin əsas məsələsinədir?
Bu seçkilərdə əsas məsələ iqtisadiyyatdır. Türk lirəsi dəyərdən düşüb, inflyasiya 11% ətrafında rəqs edir, odur ki, camaatın dolanışığı çətinləşib.
Digər narahatedici məsələ terrorçuluqla bağlıdır - Türkiyə kürd silahlılarının və özünü İslam Dövləti (İS) adlandıran qrupun cihadçılarının hücumlarına məruz qalır.
BBC müxbirinin sözlərinə görə, ölkədə seçicilər arasında parçalanma əsasən iki əsas ayırıcı xətt üzrə müşahidə edilir: bir tərəfədn, kürdlərlə millətçilər arasında, digər tərəfdən isə, dindarlarla dünyəvilər arasında.
Səsvermə azad və ədalətli olacaqmı?
Səsvermə zamanı, xüsusən, kürdlərin yaşadığı cənub-şərq ərazilərində seçicilərin mümkün hədələnməsi ilə bağlı nartahatlıq ifadə edilib.

Şəklin mənbəyi, Getty Images
Potensial risklər arasında seçki saxtakarlığı da qeyd edilir, xüsusilə, yeni qanunvericilik seçki komissiyasının möhürü olmayan bülletenləri də həqiqi saymağa icazə verdiyinə görə.
Hüquq müdafiəçiləri eləcə də qeyd edirlər ki, mətbuat bütün tərəfləri işıqlandırmaqda azad deyil.
Monitorinq qrupları qeyd edir ki, Erdoğan hakimiyyəti dövründə ölkə dünyanın ən böyük jurnalist həbsxanasına çevrilib.

Şəklin mənbəyi, EPA
Erdogan qalib gələcəyi təqdirdə nə olacaq?
2017-ci ilin aprel ayında Türkiyə seçicilərinin 51 faizi prezidentin səlahiyyətlərini genişləndirən yeni Konstitusiyaya səs verdi.
Yeni səlahiyətlər prezidentə aşağıdakı imkanları verir:
- Vitse-prezidentlər və nazirlər də daxil, yüksəkvəzifəli rəsmiləri birbaşa təyin etmək
- Ölkənin qanunvericilik sisteminə müdaxilə etmək səlahiyyəti
- Ölkədə Fövqəladə Vəziyyət elan etmək səalhiyyəti
Eləcə də baş nazir vəzifəsi ləğv olunur.
Tənqidçilər cənab Erdoğanı ölkədə təkbaşına idarəçilik sistemini bərqərar etməyə çalışmaqda ittiham edirlər, onun rəqibləri buna dəyişiklik etməyəcəklərini bildiriblər.








