"Bu rejimdən canımız qurtardı" - Yerevan sakinləri Sarkisyanın istefası barədə nə deyir?

Videonun alt yazısı, "Bu rejimdən canımız qurtardı" - Yerevan sakinləri Sarkisyanın istefası barədə nə deyir?

Bazar ertəsi Ermənistanda 11 gündür davam edən etirazlardan sonra yenicə Baş nazir təyin edilmiş Serj Sarkisyan istefa verib.

BBC Azərbaycanca bu hadisə ilə bağlı Yerevan sakinlərinin fikirlərini toplayıb.

Bəziləri "iş yerləri, maaş artımı, ölkədə qanun-qaydanın işləyəcəyinə ümid etdiyini", başqaları isə "cavanların hakimiyyətə gəlməsini", digərləri isə "90-cı illərin nəslinin inqilab etdiyini" deyib.

Video açılmırsa, Youtube-da izləyin.