Yerevanda küçə etirazları şənliyə çevrildi
Bir həftədən çoxdur paytaxt Yerevan və Ermənistanın digər yerlərində davam etmiş etiraz hərəkatı öz məqsədinə bu gün çatıb - bir neçə gün bundan əvvəl prezidentlikdən baş nazir vəzifəsinə keçmiş Serj Sarkisyan bu gün vəzifəsindən istefa verib.
Yerevanın mərkəzində etirazçılar bu xəbəri bayram kimi qarşılayıblar.
Video açılmırsa, Youtube-da izləyin.

