Ermənistanda etirazlar - Şəkillərdə

Ermənistanda keçirilən nümayiş iştirakçıları sabiq prezident Serj Sarkisyanın baş nazir vəzifəsində hakimiyyətdə qalmasına etiraz edirlər. Prezident tərəfləri dialoqa çağırıb. Lakin müxalifət lideri Nikol Paşinyan etirazların davam etdiriləcəyini vurğulayır.

Etiraz

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Ermənistanda 9-cu gündür ki, baş nazir Serj Sarkisyanın istefası tələbilə davam edən kütləvi etiraz tədbirlərinin iştirakçıları Yerevanın müxtəlif yerlərində aksiyalar keçirir.
Paşinyan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Etiraz hərəkatının lideri, Vətəndaş Müqaviləsi Partiyasının sədri və müxalif "Yelk" ("Çıxış") parlament fraksiyasının rəhbəri Nikol Paşinyan hakimiyyətin dialoqa çağırışını rədd edib. (Solda - Nikol Paşinyan)
Sarkisyan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Serj Sarkisyan dialoqa çağırışında “vətəndaşların dinc mitinq və yürüş keçirmək hüququna hörmətlə” yanaşdığını bildirilir.
Polis

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Mühüm əhəmiyyət kəsb edən ərazilərdə polislərin sayı artırılıb. Şəhər mərkəzinə zirehli texnika yeridilib.
Etiraz

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Nümayişçilərin polis cərgələrini yarıb keçmək cəhdi toqquşmaya səbəb olub. Polis göz yaşardıcı qazdan istifadə edib.
Yerevanda etiraz

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Cümə günü saat 18-ə olan məlumata görə, 233 nəfərin həbs olunduğu bildirilirdi. Əslində onların sayı daha çox ola bilər.
Etiraz

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Hər axşam 10 minlərlə insan Yerevanın Respublika meydanında Serj Sarkisyanın istefası tələbilə keçirilən mitinqə çıxır
Etiraz

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Etiraz aksiyalarına qatılmaq istəyənlər rayonlardan Yerevana yollanır.