Putin ilk dəfə seçkiləri qazanan zaman Rusiyada həyat necə idi?

    • Müəllif, Georgi Neyaskin, Olesya Volokova
    • Vəzifə, BBC Rusca

İnsanlar mahnılara disklərdə və kasetlərdə qulaq asırdılar. "Brat-2" filmi ekranlara yeni çıxmışdı, hər 5 rusiyalıdan biri "internet" sözünü bilmirdi.

Vladimir Putin ilk dəfə prezident seçkilərini qazanan zaman, 2000-ci ildə Rusiyada həyat belə idi.

2000-ci ildə Rusiya əhalisinin 4 faizi internetdən istifadə edirdi. "İctimai rəy " fondu tərəfindən aparılan sorğuda respondentlərin 20 faizi "internet" sözünü ilk dəfə eşitdiyini söyləmişdi.

Bir qayda olaraq, evdən internetə mövcud telefon şəbəkəsi vasitəsilə qoşulurdular. Bundan ötrü modem və müəyyən balansa malik "şərti vahidli" kart almaq lazım idi. Çünki o vaxtkı qiymət siyahısında rubla çevirməli olan ABŞ dollarının ekvivalenti yazılırdı (1 ş.v. adətən 25-30 rubla bərabər idi).

Modem hər dəfə qoşulmazdan əvvəl şəbəkəyə daxil olmaq üçün özünə xas səs çıxardaraq sistemə "zəng vururdu". İnternetin sürəti elə vəziyyətdə idi ki, hətta adi şəkillər belə bir neçə dəqiqə ərzində yüklənirdi.

Bir çox servislər və sosial şəbəkələr o zaman yox idi, hansı ki, hal-hazırda onlarsız interneti təsəvvür etmək çətindir.

BBC-nin Rus xidmətinin saytı isə belə görünürdü.

2000-ci ildə Finlandiyanın Nokia şirkəti tarixdə ən çox satılan telefonlardan birini - 3310 mobil telefon modelini təqdim etdi. 7 il sonra Apple-ın mərhum başçısı Steve Jobs ilk iPhone-u - klaviaturasız sensor ekranlı smartfonu təqdim etdi.

Siyasət

Seçkilərdən az sonra Putin şəxsən dövlət başçıları ilə, ABŞ prezidenti Bill Clinton-dan tutmuş Şimali Koreya lideri Kim Çen İr və Kuba lideri Fidel Castro ilə tanış olmuşdu. Elə həmin il Rusiyaya səfər edən Böyük Britaniya baş naziri Tony Blair Moskva restoranlarından birində Putinlə araq içmişdi.

Şəkillərdə iki ölkə liderinin qarşılıqlı rəğbəti əks olunub.

2018-ci ilin martında Britaniya 23 rusiyalı diplomatın ölkədən çıxarılması barədə qərar qəbul etdi. Sonuncu dəfə London Moskvaya qarşı belə qəddar addımı 1985-ci ildə atmışdı. Həmin vaxt Rusiya Xarici İşlər Nazirliyinin 31 əməkdaşı vətənə qayıtmağa məcbur olmuşdu.

Blair-dən sonra Britaniya baş naziri postuna iki siyasi partiyadan olan 3 nəfər başçılıq edib.

Mədəniyyət

Baş rolda kiçik Sergey Bodrovun çəkildiyi, rejissor Aleksey Balabanovun "Brat -2" döyüş filmi ekranlara yeni çıxmışdı.

Bu, Bodrovun son filmi oldu: o, iki il sonra Karmadon dərəsində itkin düşdü. Rejissor Balabanov isə 2013-cü ildə 54 yaşında vəfat etdi. Rusiya rok-qruplarının hitlərindən olan filmdə səslənən saundtrek xüsusi məşhurluq qazanmışdı.

Harry Potter-in kitabları əsasında çəkilən ilk filmin ("Harry Potter və fəlsəfə daşı") ekranlara çıxmasına bir il qalmışdı.

İqtisadiyyat

28 rubl 31 qəpik - seçkilər günü Rusiya Mərkəzi Bankının rəsmi dollar məzənnəsi (26 mart 2000-ci il).

Vahid Avropa valyutası - avro, əskinaz və banknot şəklində yalnız iki il sonra ortaya çıxdı. Ona görə də Avropa ölkələri valyutalarının ölkəyə gəlişi davam edirdi.

Onlardan ən çox yayılanı isə alman markası idi.

Putinin seçildiyi ilk iki prezidentlik müddəti ərzində neft qiymətlərinin qalxması ilə yanaşı Rusiya iqtisadiyyatı da sürətlə inkişaf etdi və nəticədə əhalinin gəlirləri də artdı.

Restorana getmək, o cümlədən fast-food şəbəkələrinə getmək əhalinin böyük hissəsi üçün təmtəraq hesab edilirdi.

Rusiya pasportu olan sıfır dollarlı milyarderlər Forbes jurnalının siyahısında vardı. 2018-ci ildə həmin siyahıya 101 rusiyalı daxil olmuşdu. Onlardan ən gənci, "VKontakte" və Telegram-ın yaradıcısı 33 yaşlı Pavel Durov idi. 2000-ci ildə Durov hələ orta təhsilini belə bitirməmişdi.

Rusiya Forbes-nin ilk "qızıl yüzlük" siyahısı 2003-cü ilin nəticələrinə görə tərtib edilmişdi. Həmin vaxt ən zəngin rusiyalı Mixail Xodorkovskiy elan edilmişdi. Nəticədə məhkum edilən zəngin rusiyalı demək olar ki, bütün sərvətini itirmişdi.

Rusiyada qumar oyunlarına icazə verilmişdi. Təkcə Moskvada 40 kazino qanuni fəaliyyət göstərirdi. 2006-cı ildə Putin 4 oyun ərazisi istisna olmaqla, bütün Rusiya ərazisində qumar oyunlarını qadağan etdi.