Axtarışda olan İD cihadçısı Gürcüstanda öldürülüb
Gürcüstanın bildirdiyinə görə çeçen cihadçı Gürcüstan paytaxtı Tbilisidəki toqquşmalar nəticəsində öldürülüb. O, keçən il İstanbul aeroportundakı partlayışı təşkil etməkdə şübhəli bilinib.
Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın üzvü olan Axmet Çatayev bir həftə bundan əvvəl Tbilisidə baş vermiş 20 saatlıq atışmalar zamanı öldürülmüş üç silahlıdan biridir.
Gürcüstanın dövlət təhülkəsizliyi orqanının bildirdiyinə görə, DNT sınaqlarından sonra məlum olub ki, Çatayev mühasirəyə alınmış mənzilində özünü partladıb.
İstanbul hücumunda 45 nəfər həlak olmuşdu.

Şəklin mənbəyi, AFP
Türkiyə rəsmiləri Çatayevin təşkilatçı olduğunu bildirirdilər. Aeroport bir neçə partlayışa məruz qalmışdı və hücum zamanı üç basqınçı da həlak olmuşdu. Türkiyə hücuma görə İD-ni təqsirləndirib.


