You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İran: Xameneinin xəbərdarlığına baxmayaraq Əhmədinejad namizədliyini irəli sürüb
Ayətullah Xameneinin xəbərdarlığına baxmayaraq, İranın sabiq prezidenti Mahmud Əhmədinejad prezidentliyə namizədliyini irəli sürüb.
2005 və 2013-cü illər arasında prezident olan mühafizəkar Əhmədinejad mayın 19-u keçiriləcək prezident seçkilərinə namizədliyini daxili işlər nazirliyində irəli sürüb.
Keçən il Ayətullah Əli Xamenei onun namizədliyini irəli sürməsinin "özünün və ölkənin maraqlarına" xidmət etmədiyini deyib.
Lakin cənab Əhmədinejad çərşənbə axşamı günü müxbirlərə bunun sadəcə bir tövsiyə olduğunu deyib.
Cənab Əhmədinejadın qeydiyyatdan keçməsini görən Associated Press jurntalistləri, onun sənədlərini təqdim edərkən seçki rəsmilərini heyrətə saldığını bildiriblər.
Hazırki prezident Həsən Ruhani dünya qüvvələri ilə 2015-ci ildə nüvə razılığını əldə edib. Onun seçkilərdə ikinci prezident müddəti üçün namizədliyini irəli sürməsi gözlənilir.
Sənədlərini təqdim etdikdən sonra cənab Əhmədinejad seçkilərdə iştirak etməyəcəyi "vədinə sadiq" olduğunu deyib.
O, qeydiyyatdan keçməkdə məqsədinin keçmiş vitse-prezident və müttəfiqi Həmid Baqaiyə dəstək vermək olduğunu bildirib.