You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Türkiyə: onlarla HDP üzvü olan rayon rəhbərləri saxlanılıb
Xalqların Demokratik Partiyasının (HDP) müxtəlif şəhərlərin vilayət və əyalətlər rəhbərliklərinə qarşı həyata keçirilən əməliyyatlar nəticəsində onlarla insan saxlanılıb.
Anadolu Agentliyi bildirir ki, İstanbul, Ankara, Adana, Manisa, Hakkari və Mersində HDP üzvü olan 118 nəfər həbs edilib.
Səhərə yaxın həmçinin İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyi Sultangazi, Arnavutköy, Küçükçekmece, Bağcılar, Esenyurt rayonlarında HDP-lilərin ola biləcəyi çox sayda ünvanda axtarış tədbirləri keçirib.
Əməliyyatlarda HDP İstanbul rayon rəhbəri Aysel Güzel də daxil olmaqla 20 nəfər saxlanılıb.
Ankarada 17 nəfər, Adanada 25 və Manisada 5 nəfər saxlanılıb.
Əməliyyatlarla bağlı rəsmi açıqlama hələlik verilməyib.