2022-ci il: Dünyadan heyrətamiz görüntülər

2022-ci ildə dünyanın müxtəlif ölkələrində fotoqrafların müşahidə etdikləri görüntülərin seçimini təqdim edirik.

Rəqs edən qadın, Katmandu, Nepal, 1 yanvar 2022-ci il

Şəklin mənbəyi, Rojan Shrestha/NurPhoto/Getty Images

Şəklin alt yazısı, Nepalın Katmandu şəhərində Kirat icmasından olan qadın ənənəvi Sakela festivalı zamanı rəqs edir.
Braziliyanın Minas-Jerays ştatı, 12 yanvar, 2022-ci il.

Şəklin mənbəyi, Pedro Vilela / Getty Images

Şəklin alt yazısı, Braziliyanın Minas-Jerays əyalətində güclü yağışların törətdiyi torpaq sürüşməsi və sel nəticəsində azı 15 nəfər ölüb, 28 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Kanadanın Ottava şəhərindəki parlament binası yaxınlığında koronavirus vaksinasiyasına qarşı keçirilən nümayiş. Kanada, Ottava, 17 fevral, 2022-ci il.

Şəklin mənbəyi, CARLOS OSORIO / reuters

Şəklin alt yazısı, Kanadanın Ottava şəhərindəki parlament binası yaxınlığında koronavirus vaksinasiyasına qarşı nümayiş. Ontario əyalətində yük maşınları sürücülərinin başladığı etirazlara cavab olaraq fövqəladə vəziyyət elan olundu.
Quş yuvası arenası, Pekin, 4 fevral, 2022-c il

Şəklin mənbəyi, Future Publishing / Getty Images

Şəklin alt yazısı, Pekin həm yay, həm də qış olimpiadalarına ev sahibliyi edən ilk şəhər oldu. Qış Olimpiadasının açılış mərasimi "Quş yuvası" arenasında təşkil olundu.
Will Smith və Chris Rock - Los Angeles, 27 mart 2022-ci il.

Şəklin mənbəyi, BRIAN SNYDER / Reuters

Şəklin alt yazısı, ABŞ-da keçirilən Oskar mərasimində "Kral Riçard" filmindəki roluna görə ən yaxşı kişi aktyor mükafatını alan Will Smith saç xəstəliyindən əziyyət çəkən həyat yoldaşı Jada Pinkett Smith barədə zarafat edən Chris Rock-a sillə vurub. Smith daha sonra üzr istəyərək etdiyi hərəkətin "qəbuledilməz" olduğunu deyib.
İrpen şəhərinin sakinləri evlərini tərk edərək müvəqqəti körpü ilə çayın qarşı tərəfinə keçirilər, 7 mart, 2022-ci il.

Şəklin mənbəyi, ROMAN PILIPEY/EPA-EFE

Şəklin alt yazısı, Rusiya qüvvələri fevralın sonunda Ukraynaya qarşı hərbi müdaxiləyə başlayaraq bir çox istiqamətdə hücuma keçiblər. Bu şəkildə zərbələrə məruz qalan İrpen şəhərinin sakinləri evlərini tərk edərək müvəqqəti körpü ilə çayın qarşı tərəfinə keçirlər.
Şiddətli toqquşmalara səhnə olan Kiyev yaxınlığındakı Buçada velosipedlə dağıntılar və dağılmış hərbi maşınlar arasından keçən sakin. Ukrayna, 6 aprel, 2022-ci il.

Şəklin mənbəyi, Chris McGrath / Getty Images

Şəklin alt yazısı, Şiddətli toqquşmalara səhnə olan Kiyev yaxınlığındakı Buçada velosipedlə dağıntılar arasından keçən sakin. Aprel ayında bu əraziyə baş çəkən jurnalistlər mülki geyimli insanların küçələrdə qalan cəsədlərini aşkar ediblər.
Keniyanın Samburu bölgəsində qadınlar ənənəvi bəzək və zinət əşyaları hazırlayırlar. Kenya, 10 may, 2022-c il.

Şəklin mənbəyi, LUIS TATO / AFP

Şəklin alt yazısı, Keniyanın Samburu bölgəsində qadınlar ənənəvi bəzək və zinət əşyaları hazırlayırlar. Satılan əşyalar iqlim dəyişikliyi və ətraf mühitin çirklənməsi nəticəsində təhlükə ilə üzləşən yerli fermerlərin ailələri üçün gəlir mənbəyinə çevrilib.
Abort hüquqlarına dəstək edənlərin aksiyası, Yuta, 24 iyun 2022-ci il.

Şəklin mənbəyi, JIM URQUHART / REUTERS

Şəklin alt yazısı, ABŞ-ın Ali Məhkəməsi 1973-cü ildə abortları qanuniləşdirən "Roe v Wade" qərarını ləğv etdikdən sonra Yuta ştatının Solt Lake Sity şəhərində abort hüququnu dəstəkləyənlərin nümayişi.
Maşınlar, Texas, 13 iyun, 2022-ci il

Şəklin mənbəyi, ADREES LATIF / Reuters

Şəklin alt yazısı, Rio-Qrande çayını keçərək ABŞ-a gələn miqrantlar Texas ştatının Roma şəhərində sərhəd patrul əməkdaşları tərəfindən qeydiyyata alınırlar. Meksikadan ABŞ-a miqrasiya 2021-ci ilin rekordunu yeniləməkdədir. İyun ayında 50-dən çox miqrant Texasdakı yolda tərk edilmiş yük maşınının içində ölü halda tapılıb. Bu, ABŞ-da insan qaçaqmalçılığı ilə bağlı miqrant ölümlərinin ən dəhşətli hadisəsi sayılır.
Amerikalı aktrisası Kristen Stewart. Fransa, 24 may 2022-ci il.

Şəklin mənbəyi, CHRISTOPHE SIMON / AFP

Şəklin alt yazısı, Amerikalı aktrisa Kristen Stewart Fransada keçirilən 75-ci Kann Film Festivalında "Gələcəyin Cinayətləri" filminin nümayişindən əvvəl çəkdirdiyi şəkil.
Futbol oyanyan qadınlar, Peru, 16 iyul, 2022-ci il.

Şəklin mənbəyi, CARLOS MAMANI / AFP

Şəklin alt yazısı, Perunun cənubundakı Puno şəhərinin Juli bölgəsində keçirilən çempionatda yerli qadınlar futbol oynayırlar.
İslandiyanın Meralir vadisindəki Faqradalsfyal vulkanının yanında toplaşan insanlar. Bu, vulkan avqustun 3-də həftələrlə davam edən kiçik zəlzələlərdən sonra fəallaşıb, 6 avqust, 2022-ci il.

Şəklin mənbəyi, Sergei Gapon/Anadolu Agency/Getty Images

Şəklin alt yazısı, İslandiyanın Meralir vadisindəki Faqradalsfyal vulkanının yanında toplaşan insanlar. Bu vulkan avqustun 3-də həftələrlə davam edən kiçik zəlzələlərdən sonra fəallaşıb.
Çinin Dzyansi əyalətindəki quraqlıqdan sonra paqodaların suyun altında qalan təməlini görmək olar. 24 avqust, 2022-ci il.

Şəklin mənbəyi, THOMAS PETER / Reuters

Şəklin alt yazısı, Çinin Dzyansi əyalətində şiddətli quraqlığa görə, Poyanxu gölünün səviyyəsi tarixi minimuma çatandan sonra Lousinqdun adasındakı paqodaların, adətən, suyun altında qalan təməlini görmək olar.
Kraliça II Elizabeth-in nəşi Windsor-dakı St. George Kilsəsinə aparılır. Windsor, 19 sentyabr, 2022-ci il.

Şəklin mənbəyi, Jeff J Mitchell / Getty Images

Şəklin alt yazısı, Kraliça II Elizabeth-in nəşi Windsor-dakı St. George Kilsəsinə aparılır. Britaniyanın ən uzun müddət hakimiyyətdə olan monarxı sentyabrın 8-də 96 yaşında Balmoral qəsrində vəfat edib.
Luiz Inacio Lula da Silva aprezident seçkiləri zamanı Kuritiba şəhərində keçirilən mitinqdə iştirak edir, 17 sentyabr, 2022-ci il.

Şəklin mənbəyi, UESLEI MARCELINO / Reuters

Şəklin alt yazısı, Braziliyanın hazırkı prezidenti Luiz İnasio Lula da Silva prezident seçkiləri zamanı Kuritiba şəhərində keçirilən mitinqdə iştirak edir. O, siyasi spektrin əks qütbünü təmsil edən ifrat sağçı rəqibi - Jair Bolsonaro-nu cüzi üstünlüklə məğlub etməyə müvəffəq olub.
Haitidə hökumət əleyhinə etirazlar. 28 sentyabr, 2022-ci il.

Şəklin mənbəyi, RICHARD PIERRIN / AFP

Şəklin alt yazısı, Haitidə hökumət əleyhinə etirazlar günlərlə davam edib. Benzin və dizelin kəskin bahalaşmasına görə hökuməti ittiham edən nümayişçilər Baş nazir Ariel Henry-nin istefasını tələb edirlər.
İran hökumətinə qarşı etiraz əlaməti olaraq saçlarını kəsdirən qadınların nümayişi. İstanbul, oktyabr, 2022-ci il.

Şəklin mənbəyi, dia images / Getty Images

Şəklin alt yazısı, İran hökumətinə qarşı etiraz əlaməti olaraq, saçlarını kəsdirən qadınlar dünya boyunca təşkil edilmiş nümayişlərə qatılıblar. İranda etirazlar 22 yaşlı Məhsa Əmininin "baş örtüyünü düzgün taxmadığına" görə əxlaq polisi tərəfindən saxlanılması və şübhəli şəkildə ölməsindən sonra başlayıb.
Oktyabr ayında Çinin keçmiş lideri Kommunist Partiyasının qurultayı vaxtı zaldan çıxarılıb. Halsız görünən 79 yaşlı Hu Jintao Çin Xalq Respublikasının Sədri Xi Jinping-in yanında oturmuşdu. Hadisə ilə bağlı Çin hökuməti rəsmi açıqlama verməyib. Pekin, 22 oktyabr, 2022-ci il.

Şəklin mənbəyi, Kevin Frayer / Getty Images

Şəklin alt yazısı, Oktyabr ayında Çinin keçmiş lideri Kommunist Partiyasının qurultayı vaxtı zaldan çıxarılıb. Halsız görünən 79 yaşlı Hu Jintao Çin Xalq Respublikasının Sədri Xi Jinping-in yanında oturmuşdu. Hadisə ilə bağlı Çin hökuməti rəsmi açıqlama verməyib.
Joe Biden Demokratik Milli Komitəsinin tədbirində çıxış edir, 18 oktyabr 2022-ci il.

Şəklin mənbəyi, Anna Moneymaker / Getty Images

Şəklin alt yazısı, ABŞ Prezidenti Joe Biden noyabrın əvvəlində ABŞ-da keçirilən aralıq seçkilərinə üç həftə qalmış Demokratik Milli Komitənin tədbirində çıxış edir. Arxa planda abort hüququnu dəstəkləyən qadınları görmək olar.
ABŞ-ın NASA Kosmik Agentliyi noyabr ayında ən güclü Artemis 1 raketini fəzaya göndərib. Uzunluğu 100 metr olan raket Florida ştatındakı Kanaveral kosmodromundan havaya qalxdı. 16 noyabr, 2022-ci il.

Şəklin mənbəyi, JOSEPH RIMKUS / Reuters

Şəklin alt yazısı, ABŞ-ın NASA Kosmik Agentliyi noyabr ayında ən güclü Artemis 1 raketini fəzaya göndərib. Uzunluğu 100 metr olan raket Florida ştatındakı Kanaveral kosmodromundan havaya qalxıb.
Dekabr ayında Banquidə keçiriləcək ilk Mərkəzi Afrika Moda Həftəsi ərəfəsində yerli dizayner Victoire Kouroupe-nin geyimini sərgiləyən qadın model, Banqui, 17 dekabr, 2022-ci il.

Şəklin mənbəyi, BARBARA DEBOUT / AFP

Şəklin alt yazısı, Dekabr ayında Banquidə keçiriləcək ilk Mərkəzi Afrika Moda Həftəsi ərəfəsində yerli dizayner Victoire Kouroupe-nin geyimini sərgiləyən qadın model
Lionel Messi, Qatar, 18 dekabr, 2022-ci il.

Şəklin mənbəyi, Shaun Botterill / FIFA / Getty Images

Şəklin alt yazısı, Argentina 1986-cı ildə Dieqo Maradonanın çıxış etdiyi dünya çempionatından sonra ilk dəfə olaraq, Lionel Messi ilə Dünya Kubokuna sahib oldu.
İspaniya, 18 dekabr, 2022-ci il.

Şəklin mənbəyi, ISABEL INFANTES / Reuters

Şəklin alt yazısı, İspaniyanın Madrid şəhərində Santa Klaus geyimli insanlar aşağı gəlirli ailələrə kömək etmək üçün keçirilən xeyriyə yürüşünə qatılıblar.

Bütün fotoşəkillər müəlliflik hüququ ilə qorunur