You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Səudiyyə Ərəbistanında Həcc ziyarəti başlayır, Türkiyədə sosial media gərginliyi
Səudiyyə Ərəbistanında Həcc ziyarəti başlayır, Amazon şirkətinin sahibi Jeff Bezosun keçmiş həyat yoldaşı MacKenzie Scott xeyriyyə təşkilatlarına 1,7 milyard dollar ianə etdiyini bildirib, Türkiyədə sosial şəbəkələrlə bağlı qanuna dəyişiklik edib - bu və digər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında.
Səudiyyə Ərəbistanında Həcc ziyarəti başlayır
Dünya müsəlmanlarının hər il etdiyi Həcc ziyarəti Səudiyyə Ərəbistanında başlamaq üzrədir. Lakin koronavirus pandemiyasına görə bu il iştirakçı sayı kəskin azaldılıb.
Adət edildiyindən fərqli olaraq, hər il gələn təxmini iki milyon zəvvar əvəzinə, bu il Məkkə yalnız 10 min ziyarətçini qəbul edəcək.
Adətən Həcc ziyarətinə gələnlərin əksəriyyəti xaricdən gələn zəvvarlar olub. Bu il isə mərasimdə yalnız krallıqda yaşayan əcnəbilər iştirak edə biləcək.
Beynəlxalq ziyarətçilərə pandemiyanın qarşısını almaq üçün Məkkəyə səyahət etmək qadağan edilib.
AFP xəbər agentliyi bildirib ki, həftəsonundan etibarən Məkkəyə gəlməyə başlayan iştirakçılar temperatur yoxlaması və virus testlərdən keçməli olublar.
Zəvvarlar Həcc ziyarətindən əvvəl və sonra da karantində qalmalı olacaqlar. Ziyarət vaxtı üz maskaları hər zaman və hər yerdə məcburi olacaq.
Türkiyədə sosial media gərginliyi
Çərşənbə axşamı günü çağırılan Türkiyə Böyük Millət Məclisinin Baş Məclisi uzun müzakirələrdən sonra səsvermədə sosial medianın tənzimləməsini qəbul edib.
Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində qəbul edilən qanun Twitter, Facebook kimi milyonlarla istifadəçisi olan sosial media şirkətləri qarşısında bir sıra öhdəlik və sanksiyaları nəzərdə tutur.
Ədalət və İnkişaf Partiyası qanuni tənzimləməni təhqir, şəxsi həyata müdaxilə, söyüş kimi məzmunların aradan qaldırılması zəminində əsaslandırmağa çalışsa da, müxalifət bununla yeni senzura qapısının açıldığını düşünür.
Bəzi ictimai təşkilatlar bu sosial media qurumlarının edilən dəyişiklərin siyasətlərinə uyğun olmadığı üçün Türkiyədən "gedə biləcəyi" narahatlıqlarını ifadə ediblər.
Jeff Bezosun keçmiş həyat yoldaşı 1,7 milyard dollar ianə etdiyini bildirib
Yazar MacKenzie Scott Amazon şirkətinin yaradıcısı Jeff Bezos-dan boşandıqdan sonra yardım fondlarına ümumilikdə 1,7 milyard dollar dəyərində ianələr etdiyini bildirib.
Scott ianələrini əsasən "qaradərili gənclərə təhsil vermək üçün yaradılmış" təhsil fondlarına, iqlim dəyişikliyi ilə mübarizə aparan və sağlamlıqla bağlı layihələr həyata keçirən fondlara verib.
O, ianə etdiyini sosial mediada yazıb və soyadını Bezos-dan Scott-a dəyişdiyini elan edib.
Forbes jurnalına görə, Scott 62 milyard dollardan çox varidatı ilə dünyanın ikinci ən varlı qadınıdır.
Scott həyat yoldaşı Jeff Bezosdan 2019-cu ildə boşanıb.