You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Metro avqustun 5-dək bağlandı, Bakının su təchizatında məhdudiyyətlər, İsraildə yenidən karantin tətbiq olunur
Bakının su təchizatında məhdudiyyətlər, Metro avqustun 5-dək bağlandı, İsraildə yenidən karantin tətbiq olunur - BBC News Azərbaycancanın xəbərlər icmalında
Bakının su təchizatında məhdudiyyətlər
Bakının dörd rayonunda içməli suyun təchizatında məhdudiyyətlər paytaxtın mərkəzi hissəsini su ilə təmin edən magistral kəmərdə (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəzanın nəticəsidir, "Azərsu" cəmiyyətinin yaydığı açıqlamada deyilir.
Məlumata əsasən, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
"Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq", - "Azərsu" rəsmi vebsaytındakı məlumatda qeyd olunur.
İctimai nəqliyyatın işi dayandırılıb
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq bu gündən iyulun 20-si səhər saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Bakı metropoliteni isə avqustun 5-dək bağlı qalacaq.
İsraildə karantin sərtəşdirildi
İsraildə, koronavirus hadisələrində sıçrayışla artım ardınca yenidən karantin məhdudiyyətləri təqdim olunub.
Cümə günündə səhər saat 17:00-dan bazar günü səhər saat 05:00-dək, (iş həftəsi başlayana kimi) dükanlar (ərzaq mağazaları istisna olmaqla), bərbərxana, zoopark, marketlər, idman zalları bağlı qalacaq,
İaşə obyektlərinə yerində xidmət göstərməyə icazə verilmir.