Whatsapp-ı telefonsuz da “istifadə etmək mümkün olacaq”

Şəklin mənbəyi, Reuters
WhatsApp telefon olmadan da mesajlaşmağa imkan verəcək yeni bir xüsusiyyətin sınaqlarını aparır.
Hazırda WhatsApp-ı brouzerdən və ya veb tətbiqdən istifadə etmək üçün o, telefonla əlaqələndirilməlidir.
Ancaq yeni xüsusiyyət istifadəçilərə "telefonunuzun batareyası tükənsə də" mesaj göndərməyə və qəbul etməyə imkan verəcək.
Və ondan eyni anda maksimum dörd kompüterdə və tabletdə istifadə etmək mümkün olacaq.
Hələ ki, bu xüsusiyyətdən "kiçik bir istifadəçi qrup" yararlana biləcək.
Təhlükəsizlik üçün önəmli hesab edilən hərtərəfli şifrələmə bu yeni sistemdə də mövcud olacaq, şirkət bildirib.
Hərçənd ki, antivirus şirkəti Eset-in təhlükəsizlik mütəxəssisi Jake Moore deyir ki, təhlükəsizliyin nə qədər güclü olmasına baxmayaraq, mesajların daha çox cihazda olması narahatlıq yarada bilər.
"Hər zaman bir həll yolu axtaran pis niyyətli bir aktyor ortaya çıxacaq,"- o əlavə edir
Onun sözlərinə görə, məişət zorakılığı edənlər belə şəxsi rabitəni ələ keçirərək bunu öz xeyirlərinə istifadə etmək potensialına sahib ola bilərlər.
WhatsApp mesajlaşma xidmətini bəzi sistemlərdə dayandırıb
WhatsApp mesajlaşma xidməti milyonlarla smartfonda işləməyəcək.
1 fevraldan etibarən köhnəlmiş əməliyyat sistemlərini dəstəkləyən Android və iPhone qurğularının sahibləri Facebook-a məxsus proqram əlavəsini istifadə etmək imkanından məhrum olacaq.
WhatsApp bildirir ki, bu addım istehlakçıların təhlükəsizliyini təmin etmək üçün atılır.
"Öz xidmətinin təhlükəsizlik qalmasını təmin etmək üçün WhatsApp-ın başqa yolu yox idi, lakin tətbiqin köhnə smartfonlara uyğun olmadığı çətin yan fəsadlara səbəb olub", - Mobil texnologiyaların təhlili üzrə CCS Insight şirkətinin analitiki Ben Wood deyib.
Mesajlaşma proqramı Androidin 2.3.7 və daha əvvəlki versiyaları ilə uzlaşmayacaq.
iPhone qurğularında isə, WhatsApp-ın işləməsi üçün əməliyyat sistemi iOS 8-dən yuxarı olmalıdır.
WhatsApp qarşıdan gələn yenilik barədə ilk dəfə 2017-ci ildə bildirib.
Ötən ilin 31 dekabrında WhatsApp Windows Phone smartfonlarına da dəstəyini dayandırıb.
Həmçinin oxuyun:








