Britaniyanın Bloodhound superavtomobili təyyarə sürətini üstələyib - 1010 km/saat
- Müəllif, Jonathan Amos
- Vəzifə, BBC
Britaniyada işlənib hazırlanmış Bloodhound yüksəksürətli superavtomobi quruda 1010 km/saat sürətlə hərəkət edərək 965km/saat (600 mph) sürət həddini keçən avtomobillər qrupuna daxil olub.
Şənbə günü Cənubi Afrikada bir qurumuş gölün dibiylə hərəkət etmiş Bloodhound avtomobili 1010 km/saat sürətiylə hərəkət edə bilib.
İndiyədək quruda hərəkət edən sürətli avtomobillər arasında yalnız altısı 965km/saat sürət həddini aşa bilib.
Bloodhound-un nailiyyəti yalnız reaktiv mühərriki işlətməklə əldə edilib.
Avtomobilin dizaynı raket mühərrikini də işlətməyə imkan verir.
Cizgiləri oxu xatırladan bu maşının gələn il dünya rekordu olan 1228km/saat sürətini aşacağı ehtimal olunur.
Superavtomobillər üçün hazırkı sürət rekordu 22 il əvvəl Thrust SSC adlı başqa bir ingilis avtomobilində qeydə alınmışdı.
Hər iki halda bu maşınlar Britaniya Hava Qüvvələrinin pilotu Andy Green tərəfindən idarə olunub.
Bloodhound avtomobilinin sürət sınaqları Cənubi Afrikanın səhralı ərazisində keçirilib.

Bloodhound-un quruda göstərdiyi 1010 km/saat sürəti sərnişin avialayner təyyarəsinin orta sürətindən daha yüksəkdir, hərbi təyyarə isə quruda bu sürətə çata bilməz, çünki həmin həddə çatmazdan əvvəl güclü hava axını artıq təyyarəni havaya qaldıracaq.
Maşının sınağını keçirən qrup bütün işlərin başa çatdığını və artıq İngiltərəyə qayıtmağa hazırlaşdığını bildirib.






