Pakistanın baş nazirinin canlı mətbuat konfransında təsadüfən pişik filtrindən istifadə olunub

Şövkət Yusifzain

Şəklin mənbəyi, PTI party's Facebook

Şəklin alt yazısı, Şövkət Yusifzain Facebook-dakı canlı videosunda pişik filtri

Pakistanlı siyasətçinin canlı yayımlanan mətbuat konfransı səhvən açılan pişik filtri nəticəsində komik vəziyyət alıb.

Şövkət Yusifzai ötən cümə günü jurnalistlərlə görüşüb.

Facebook istifadəçiləri bununla bağlı şərhlər yazsalar da, baş nazir vəziyyətdən xəbərsiz danışığına davam edib.

Sonra isə bunun "səhv" olduğunu deyib və əlavə edib ki, ciddi qəbul olunmasın.

Cənab Yusifzai danışdıqca onun və yanında əyləşən digər rəsmilərin üzündəki böyük rəngli qulaqlar və bığlardan ibarət gülməli filtr görünüb.

"Tək mən deyildim ki - filtr yanımda oturan digər iki nəfərin də üzünə təsir edib," cənab Yusifzai AFP xəbər agentliyinə deyib.

Pakistanlı uşaqlar mətbuat konfransından çəkilmiş görüntüyə işarə edirlər

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Pakistanlı uşaqlar mətbuat konfransından çəkilmiş görüntüyə işarə edirlər

Pakistan Tehreek-e-Insaf (PTI) partiyasının rəsmi Facebook səhifəsində paylaşılan video mətbuat konfransından bir neçə dəqiqə sonra silinib.

Pakistanın şimal-qərbindəki Xeybər Paxtunkvada yerləşən partiya bunu "insan səhvi" kimi qələmə verib.

"Gələcəkdə bənzəri hadisələrin qarşısını almaq üçün bütün mühüm tədbirlər görülüb," partiya deyib.

Təəssüf ki, cənab Yusifzai üçün pişik artıq torbadan çıxıb.

Presentational white space
Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Presentational white space
Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

Presentational white space

Canlı yayımdan çəkilən şəkillər sosial mediada geniş paylaşılıb.

"Bundan yaxşısı ola bilməz! Xeybər Paxtunkvanın Facebook-dakı canlı yayımında pişik filtrləri," bir istifadəçi yazıb.

"Mən dünyada bütün parlament iclaslarında Pişik Filtrlərindən istifadəni təklif edirəm. Xahiş edirəm, Britaniya Parlamentindən başlanılsın!" başqa bir istifadəçi zarafat edib.