Niyə bağışlamaq insan üçün faydalıdır?

Şəklin mənbəyi, Sergei Bobylev\TASS via Getty Images
Hədiyyələri açmaq və ləzzətli yeməklər yeməkdən əlavə, Milad həm də bəzilərimiz üçün çətin bir dövr sayıla bilər.
Ailələr bayram üçün bir araya yığışanda kiçik mübahisələr də baş verir.
Və bəziləri üçün bu mübahisələr daimi bir soyuqluğa və fərqli münasibətlərə yol aça bilər.
1.Bağışlamaq insanı alçaltmır
Bağışlamaq zəiflik və ya sizi incidən insanların qarşısında alçalmaq əlaməti kimi qəbul edilməməlidir.
Londonun mərkəzi, Picadilly-də din xadimi olan Lucy Winkett deyir ki, bağışlamaq yaxşılıq və ya özünü qarşındakı insandan aşağı tutmaq hissi deyil.
"Xristian ənənəsində bağışlamaq hadisədən daha çox bir proses və xarakteri daşıyır və kökü keçmiş ilə üzləşmək kimi çətin hərəkətə dayanır... Özümü və ya başqa birini bağışlamaq niyyətinə qapılan zaman, dərin nəfəs alır və üzümü dəyişmək iqtidarında olmadığımı bildiyim keçmişimə tərəf çevirirəm. Bu, zəiflik yox, güclülükdür."
2.Bağışlamaq "dostluq təkərlərini yağlamaq" kimidir
Yazıçı Martin Woe-ya görə, "bağışlamaq sevgi və ehtiras qədər sirlidir - məcburiyyət yoxdur və icbari deyil", lakin rəzələri paslanan dostluqlara tətbiq etməyə dəyən bir yağ kimidir.
Martin, "o, qapıları qopub, yerə düşməkdən qoruya bilər" deyir. O, şair David White-ın "Bütün dostluqların əsasında qarşılıqlı davamlı əfvlər durur" ifadəsini misal çəkir.
3.Əgər yaxşı münasibətlər istəyirsinizsə, bağışlamağı dayandırmayın
Adətən ən çox vaxt keçirdiyimiz insanları bağışlamaqda çətinlik çəkirik, psixiatr və Hindu kahini Chetna Kang deyir, lakin bizi narahat edən xırda şeylər uzunmüddətli kin yaradar və həmin inciklikləri daim canlı saxlamaq şəxsi və professional münasibətləri dağıda bilər.
Chetna-nın gurusu (dini lideri) ona məsləhət bilib ki, "Bağışlamamaq əlində isti kömür gəzdirməyə bənzəyir; kömürləri qarşı tərəfə atmaq üçün münasib vaxtı gözləməklə ömür sürərsən.
Həmin vaxt gələ də bilər, gəlməyə də bilər, lakin bu müddət ərzində öz əllərinə vurduğun ziyanın miqyasını unutmaq lazım deyil."
4.Bu gün bağışlamaq üçün əla gündür

Şəklin mənbəyi, Jeff Greenberg/Getty Images
Vishvapani həssaslıqdan söhbət açır. O, Buddist ordenin üzvüdür və zehinlilik üzrə təlimçidir.
Vishvapani izah edir ki, həssaslıq "hərəkətlərimizin qayğısına qalmaq və nəticələrini ehtiyatla düşünməkdir.
Həqiqətən vacib olan hər şeyi yada salmaq üçün tərəddüdsüz səy göstərmək lazımdır. Vaxtımızın azlığını anlamaqla onun dəyərini qavramış oluruq".
O, Budda-nın son sözlərini misal çəkir: "İstər adi bir gün olsun, istərsə də yaşadığınız son gün, dayanmayın, qayğı çəkməyə davam edin, sınamağa davam edin."
5.Özünüzü bağışlayın
Lucy Winkett düşünür ki, bizim ətrafımızdakıları bağışlamaq bacarığımız, keçmişdə yaşananlar üçün özümüzü bağışlamağımızdan irəli gəlir.
"Hal-hazırda yaşadığımız hadisələr və anlar hər gün olduğu kimi özü ilə cəsarətimizi sınayan və bağışlayıb-bağışlamayacağımız seçimini təqdim edən şeylərlə doludur.
Başqa insanları əfv etmək üçün sərf etdiyimiz güc, bizim özümüzü bağışlamaq istəyimizdən qaynaqlanır.
Həqiqət budur."








