You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Hindistan: Az qala 200 kq çəkisi olan pələngi yeni məskənə belə daşıdılar - şəkillər
Hindistanda 195 kq çəkisi olan pələng Madya Pradeş ştatındakı qoruqdan 600 kilometr aralıda yerləşən Orissa ştatındakı Satkosia milli parkına köçürülüb.
İrimiqayslı əməliyyatda ekoloqlar, qoruq işçiləri, baytarlar iştirak edib.
3 yaşlı pələngin daşınmasında fillərdən də istifadə olunub.
Orissa ştatına 5 pələng keçirilməlidir.
MB2 adlı erkək yeni qoruğa yola düşən ilk heyvan olub.
Məqsəd Orissa ştatındakı milli parkda pələng populyasiyasını artırmaqdır.
Ümid edirik ki, pələng Satkosiada bu heyvanların sayının artırılmasını nəzərdə tutan "iddialı layihəmizin" hədəfinə çatmağa kömək edəcək, qoruğun yaydığı açıqlamada qeyd olunur.
Satkosia qoruğunda erkək pələng yoxdur.
Pələng yeni yerə çatdırılandan sonra yaşamağa alışmaq üçün bir müddət volyerdə saxlanılacaq.
Şəkillər - Madhya Pradesh ştatının Ekologiya Departamenti tərəfindən təqdim olunub