Dünyanın "ən bahalı arağı" belə oğurlandı

Videonun alt yazısı, Dünyanın "ən bahalı arağı" belə oğurlandı
Çap edildi

Çərşənbə axşamı günü Kopenhagen barlarının birinə daxil olmuş şəxs oradakı içkilər arasında sərgilənən Russo-Baltique arağını oğurlayıb.

Hadisə barda quraşdırılmış müşahidə kameralarına düşüb.

Russo-Baltique şirkəti tərəfindən istehsal olunan arağın qiyməti 1,3 mln. dollardır (2.2 AZN). O, dünyanın ən bahalı arağı sayılır.

Cümə günü arağın böş şüşəsi Kopenhagendəki inşaat sahələrinin birində tapılıb.