You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
12 yaşlı oğlan avtomobilin qeydiyyat nömrəsinə $400 000 ödəyib
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 12 yaşlı oğlan dəyəri 400 min dollar olan avtomobil qeydiyyat nişanını alıb.
Yerli, National qəzeti "1111" nişanına 1,5 mln dirhəmin ödənildiyini bildirir.
Məlumata görə, pulun üçdə biri 12 yaşlı Xəlif Məzruinin özünə məxsus olub. Bu məbləğ Quran oxucuları müsabiqəsində ödənilən mükafat imiş.
Daha bir milyon dirhəmi oğlanın atası əlavə edib.
Böyük bir ehtimalla yeni nömrə Xəlifi məktəbə aparan Mercedes-ə vurulacaq, National bildirir.
Əbu-Dabidə keçirilən polis hərracında nadir nişanların satışından əldə olunan gəlir polisin büdcəsinə yönləndirilir.
BƏƏ-də sürücülük vəsiqəsi 18 yaşından alına bilər.
Ötən il "1" nişanəsi rekord təşkil edən 31 mln dirhəmə (8,4 mln USD) satılıb.
Hərracda 60 nişanənin satışından 15 milyon dollara yaxın vəsait əldə edilib.