Kabulun üzərindəki yüksəklikdə əlvan evlər

Videonun alt yazısı, Kabulun üzərindəki yüksəklikdə əlvan rəngli evlər

Dəfələrlə hücumlara məruz qalan Əfqanıstan paytaxtı dünyanın ən təhlükəli şəhərlərindən biridir.

Yalnız bu il ərzində şəhərdə baş verən hadisələr yüzlərlə insanın həyatını itirməsinə bais olub.

Belə bir şəraitdə şəhər hakimiyyəti yerli sakinlərin əhval-ruhiyyəsini yaxşılaşdırmaq məqsədilə dağ yamacında yerləşən sarımtıl evləri yenidən boyamağa qərar verib.

Secunder KermaniKabuldan məlumat verir.