Əfqanıstanın gitaraçı qızları

Kabul küçələrində yaşayan bir qrup əfqanıstanlı qız qeyri-adi bir layihə çərçivəsində gitarada ifa etməyi öyrənirlər.

Layihə çərçivəsində təşkil edilən məktəb ABŞ-dan olan musiqiçi Lanny Cordola tərəfindən yaradılıb.

O, 2012-ci ildə baş vermiş intiharçı bomba partlayışı nəticəsində altı uşağın ölməsi xəbərini eşitdikdən sonra belə bir ideyaya gəlib.