Sinqapur yeni şəxsi avtomobillərin alınmasına qadağa qoyacaq

Videonun alt yazısı, Tixaclarla mübarizə: Sinqapur maşınların sayını azaldır

Sinqapur hökuməti gələn ilin fevral ayından etibarən fərdi avtomobillərin sayının hazırkı səviyyədə qalması barədə qərar qəbul edib.

Bu arada müxtəlif lisenziya, vergi və yığımlara görə orta ölçülü maşının qiyməti 90 min dollara çata bilər.

Tixaclara qarşı mübarizə aparan hakimiyyət öz addımını ictimai nəqliyyat infrastrukturun təkmilləşdirilməsilə əsaslandırır.

5,600 mln əhalisi olan ada-dövlət yeni dəmir yolu şəbəkəsinə 14 mlrd dollar investisiya yatırmaqdadır. Planlara görə, 4 mlrd dollar mövcud şəbəkənin təkmilləşdirilməsinə ayrılacaq.

Daha 4 mlrd dollar həcmində subsidiyalar avtobus daşınmaları sahəsinə yönəldilməlidir.

Bu arada müxtəlif lisenziya, vergi və yığımlara görə orta ölçülü maşının qiyməti 90 min dollara çata bilər.

Sinqapurda avtomobil sahibləri əhalinin 11 faizini təşkil edir. ABŞ-da bu rəqəm 80, Avropada isə 50 faiz ətrafındadır.