İtaliyalı qadın "özü ilə evlənib" - şəkillər

Laura Mesi

Şəklin mənbəyi, Micaela Martini

Şəklin alt yazısı, "Mənim xoşbəxt olmam kişidən asılı deyil", - xanım Mesi deyir. M

İtaliyalı qadın ağ gəlin geyimi, üçqatlı tort, sağdış-soldış və 70 qonağın iştirakı ilə keçirilən toy mərasimində özü ilə evlənib.

"Mən inanıram ki, bizim hər birimiz ilk öncə özümüzü sevməliyik", - 40 yaşlı fitnes məşqçisi Laura Mesi deyib.

Onun toyu rəsmi nikah olaraq tanınmır.

Xanım Mesi dünya boyu yayılmaqda olan soloqamiya - yəni özü ilə evlənərək təkbaşına (solo) nikah formasını seçənlərdən biridir.

line
line

Laura deyir ki, cütlük olmadan toy təşkil etmək qərarına 12 ildən sonra bitən münasibətlərin sona çatması ardınca gəlib.

"Bir gün ortaq gələcəyi paylaşmaq üçün kişi tapsam bəxtəvər olaram, lakin mənim xoşbəxtliyim ondan asılı deyil", - xanım Mesi bildirir.

Laura Mesi

Şəklin mənbəyi, Micaela Martini

Şəklin alt yazısı, Laura Mesi (mərkəzdə) dostları ilə toy mərasimində

Ötən ay özü ilə evlənən britaniyalı Sophie Tanner-in dediyinə görə bəziləri onu "kədərli feminist" adlandırıblar.

Lakin xanım Mesi belə şərhləri rədd edərək bildirir ki, "heç nə və heç kim onun üzündəki təbəssümü silə bilməz".

Hərçənd ki, müsahibələrdə xanım Mesi etiraf edib ki, solo toy mərasimləri hamı üçün məqbul olmaya da bilər.

"Mən dostlarım və ailəmə demişdim ki, 40 yaşınadək yarımı tapa bilməsəm elə özümlə evlənəcəm", - Laura Mesi deyir.

Toy qarpızının üstündə "tək xanım" yazısı

Şəklin mənbəyi, Micaela Martini

Şəklin alt yazısı, Toy qarpızının üstündə "tək xanım" yazısı

Xanım Mesi İtaliyada solo toy mərasimi keçirən ilk qadın olduğunu deyir.

May ayında isə Neapol sakini, Nello Ruggiero gəlin olmadan özünə toy mərasimi təşkil etmişdi.

Yaponiyada səyahət agentliyi artıq üç ildir ki, qadınlara solo nikahlar xidmətini təşkil edir.

Laura Mesi

Şəklin mənbəyi, Micaela Martini

Kanadada bir ildən artıqdır ki, fəaliyyət göstərən Marry Yourself Vancouver (Özünlə Evlən Vancouver) saytı belə halların yayılmasını tək başına yaşayan insanların sayının artması ilə izah edir.