You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Yaponiya: Üç il ayaqyolunun damında yaşayan şəxs saxlanılıb
- Müəllif, BBC Monitoring
- Vəzifə, Dünya medianın gözü ilə
Yaponiyanın cənub-şərqindəki Usuki şəhərində ictimai ayaqyolunun damında 3 il ərzində yaşayan şəxs saxlanılıb.
Takaşi Yamanuçinin gizli "mənzilini" yerli elektrik aşkar edib.
Mainichi xəbər saytına əsasən bundan əvvəl ayaqyolunun damında başqa bir şəxs yaşayırmış.
Ayaqyolunun damına girmək üçün daxildəki lükdan istifadə edildiyi bildirilir.
Polisi müşayiət edən bələdiyyə işçisi damın səliqəli saxlanıdlığını deyib.
Yaşayış yerində içi sidikli 500 şüşə tapılıb, polis bildirir.
Yaponiyada evsizlərin qəribə yerdə mənzillənməsi nadir hal sayılmır.
Hadisədən sonra ərazinin qanunsuz sakinlərdən azad olduğunu təsdiqləmək məqsədilə ictimai ayaqyollarında təftiş keçirilib.